Icma.az
close
up
RU
Gənclər Kitabxanasında Müstəqillik Günü ilə əlaqədar tədbir təşkil olunub

Gənclər Kitabxanasında Müstəqillik Günü ilə əlaqədar tədbir təşkil olunub

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 26 may, AZƏRTAC

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında kitabxana və Bakı Şəhər Yasamal rayonu üzrə Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə milli istiqlal tariximizin şərəfli səhifəsi, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan 28 May – Müstəqillik Günü ilə əlaqədar “Müstəqillik günü-tariximizin şanlı səhifəsi” adlı tədbir keçirilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov xalqımızın kimliyini, və mübarizliyini sübut edən tarixi məqamlardan biri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, 23 aylıq fəaliyyəti dövrü haqqında geniş məlumat verib. Xalq Cümhüriyyətinin ömrünün qısa olmasına baxmayaraq, 23 ay ərzində çox böyük işlər gördüyünü, bu dövrdə bir çox ilklərə imza atıldığını – parlamentdə dövlət quruculuğu ilə bağlı ciddi qərarların qəbul olunduğunu, ordu qurulucuğuna başlanıldığını, dövlət atributlarımızın qəbul olunduğunu, Milli Bankın, Bakı Dövlət Universitetinin, gömrük və poçt-teleqraf xidmətinin təsis edildiyini, məhkəmə qanunvericiliyi haqqında bir sıra qanunların qəbul edildiyini söyləyib. 70 il sonra 1990-cı ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə üç rəngli bayrağımızın ilk dəfə Naxçıvan Muxtar Respublikasının bayrağı kimi qəbul edildiyini, bir il sonra isə milli bayrağımızın Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi təsis edildiyini bildirdi. O, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyasının və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müdrik siyasətin ölkəmizin müstəqilliyini daha da möhkəmləndirdiyini, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına mühüm töhfələr verdiyini vurğulayıb.

Gənclər və idman sektorunun aparıcı məsləhətçisi Rəna Ağayeva öz çıxışında müstəqil Azərbaycan Cümhuriyyətinin qısa müddətdə böyük nailiyyətlər və qalibiyyətlər əldə etdiyini, ilk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Gənc Alim və Mütəxəssislər Şurasının sədri Ayxan Mehdizadə 28 May – Müstəqillik Gününün gənclər üçün xüsusi mənəvi və ideoloji əhəmiyyət daşıdığını qeyd edib. O, Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı dövlətçilik ənənələrinin bu gün də yaşadıldığını, müstəqil Azərbaycanın uğurlarının həmin möhkəm təməllər üzərində qurulduğunu bildirib.

Tədbirdə kitabxana əməkdaşları tərəfindən hazırlanan Müstəqillik Gününə həsr edilən “Milli mübarizə tariximiz – 28 May Müstəqillik Günü” adlı təqdimat nümayiş olunub, həmçinin kitabxana əməkdaşlarının süni intellekt texnologiyaları vasitəsilə hazırladığı “Şərqin ilk demokratik cümhüriyyətindən əbədi zəfərə doğru” adlı materialı haqqında da məlumat verilib. Hazırlanan materiallarda ilk müsəlman Şərqində demokratik respublikanın fəaliyyətini əks etdirən yazılı məlumatlar, maraqlı faktlar, sənədlər, fotoşəkillər öz əksini tapıb və Cümhuriyyət dövrünün Azərbaycanda təhsil, mədəniyyət sahələrinə verdiyi töhfələr haqqında ətraflı məlumat verilir.

Respublika Gənclər Kitabxanasında “28 May – Müstəqillik Günü” adlı ənənəvi kitab sərgisi də təşkil edilib. Sərgidə Azərbaycan Xalq Cümhuriyyətindən bəhs edilən kitablar, dövrü mətbuat materialları sərgilənməkdədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 May 2026 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri