Icma.az
close
up
RU
28 May: Tariximizin şərəf nişanəsi

28 May: Tariximizin şərəf nişanəsi

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Tarixin bəlli dönəmləri olur ki, xalqın taleyində silinməz izlər buraxır. 28 May 1918-ci il – məhz belə günlərdəndir. Bu tarixdə Azərbaycan xalqı, minilliklərə dayanan dövlətçilik ənənələrinə söykənərək, ilk dəfə öz müstəqil, demokratik dövlətini – Azərbaycan Xalq Cümhuriyyətini elan etdi. Bu, təkcə bir dövlətin yaranması deyildi. Bu, azadlıq eşqinin, milli ruhun, xalqın iradəsinin təntənəsi idi. Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və müsəlman dünyasında ilk demokratik, hüquqi və dünyəvi parlament respublikası kimi tarixə düşdü. Həmin dövrdə Avropa dövlətləri belə qadınlara seçki hüququ vermədiyi halda, cümhuriyyət bu haqqı qadınlara tanıdı. Bu, yalnız bir hüquq deyil, həm də qadının cəmiyyətdəki yerinə verilən yüksək dəyərin göstəricisi idi. Parlamentin fəaliyyətində müxtəlif millətlərin və siyasi partiyaların iştirakı isə o dövr üçün nadir demokratik təcrübə nümunəsi idi. Lakin tarix heç də daim gülümsəmir. Cəmi 23 ay yaşadı bu dövlət... Yadellilərin tapdağı altında müstəqilliyimiz yenidən itirildi. Lakin xalqın yaddaşında bu azadlıq alovu sönmədi, gizli bir ümid kimi sinələrdə yaşadı. Bu ümid 1991-ci ildə yenidən alovlandı. Azərbaycan yenidən müstəqilliyini bəyan etdi. Ancaq bu dəfə tarix öz acı dərsini təkrar etməməli idi. Yeni yaranan dövlətin qarşısında saysız-hesabsız təhlükələr var idi. Ölkədə siyasi böhran, iqtisadi tənəzzül, torpaqların işğalı... Belə bir zamanda xalq öz nicat yolunu Ulu Öndər Heydər Əliyevin siyasi iradəsində tapdı. Ulu Öndərin bir kəlamı bu gün də hər bir azərbaycanlının hafizəsində əbədi həkk olunub: “Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi.” Bu sözlər sadəcə bir ifadə deyil – bir vəzifə, bir çağırış, bir amal idi. Bu amalın nəticəsidir ki, bu gün Azərbaycan güclü, nüfuzlu, sabit və qüdrətli bir dövlətdir. Müstəqilliyin simvollarından biri də bayraqdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı illərlə qəlblərdə yaşasa da, ilk dəfə rəsmi şəkildə 1990-cı il noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında dövlət bayrağı kimi qaldırıldı. Bu, sadəcə bir bayraq qaldırılması deyildi – bu, milli qürurun dirçəlişi, müstəqilliyin ruhunun yenidən ucaldılması idi. Bu gün Azərbaycan xalqı böyük bir iftixar hissi ilə müstəqilliyini qeyd edir. Lakin biz unutmamalıyıq: Müstəqillik sadəcə bayram deyil, məsuliyyətdir.Bu məsuliyyət bizi tariximizə, şəhidlərimizin ruhuna, gələcək nəsillərə qarşı borclu edir. Ulu Öndərimizin qoyduğu siyasi irs, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilmiş, 2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi zəfərlə yeni zirvəyə çatmışdır. Bu gün işğaldan azad edilən torpaqlarda Azərbaycan bayrağı dalğalanırsa, bu, yüz illik mübarizənin bəhrəsidir. 28 May – Müstəqillik Günü hər bir azərbaycanlının qürur günüdür.

Qoy üçrəngli bayrağımız daim ucalarda dalğalansın!
Qoy azadlığımız əbədi olsun!

Əli Hüseynov
YAP Yasamal rayon təşkilatının fəalı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 May 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see302

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see294

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see266

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see240

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see236

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see234

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see229

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see227

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see225

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see215

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see199

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see197

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see196

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see195

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see193

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see191

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri