20 yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir ŞƏRH
Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
1990-cı il yanvarın 20-də baş vermiş qanlı hadisədən 36 il ötür. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet qoşun hissələri Bakıya yeridildi. Həmin gecə sovet əsgərləri tərəfindən 121 insan qətlə yetirilmiş və 700-dən artıq vətəndaş yaralanmış və xəsarət almışdır. 841 nəfər qanunsuz həbs olunmuş və sonar ayrı-ayrı şəhərlərə həbsxanaya göndərilmişdilər. 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Ulu Öndərin mərdliyi və siyasi iradəsi sayəsində 20 Yanvar hadisələri öz hüquqi və siyasi qiymətini aldı. Təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciəyəsinə ilk siyasi-hüquqi qiymətini verdi. 20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir. 21 noyabr 1990-cı il tarixli qərarı ilə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk siyasi qiymət verildi. Məhz Ümummilli liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu Öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı. 1985-ci ildə SSRİ rəhbərliyinə gəlmiş M.Qorbaçovun əsas məqsədi tarixə qovuşmuş “Dağlıq Qarabağ Muxtar Vilayətini” Azərbaycan SSR-nin nəzarətindən çıxarıb Ermənistan SSR tərkibinə qatmaq, Ulu Öndər Heydər Əliyevi Azərbaycan xalqın gözündən salmaq idi. Bu hadisələr Azərbaycan SSR-də 1988-ci ildə milli-azadlıq hərəkatının başlanmasına təkan verdi və sonda 1990-cı il 20 yanvar faciəsinə gətirib çıxartdı. 1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti yanvarın 20-də saat 00-dan "Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında" fərman verdi. Xalqa məlumat verilməsin deyə yanvarın 19-da saat 19.27-də Azərbaycan Televiziyasının enerji bloku sıradan çıxarıldı. Fövqəladə vəziyyətin başlanmasına göstəriş verildiyinə baxmayaraq, qoşun hissələri ilk olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi.
Ulu Öndər Heydər Əliyev: "Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki hala çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin yaranmazdı".
Ulu Öndər Heydər Əliyev qorxmadan imperiya rəhbərlərini "qatillər" adlandırırdı. Bakıda fövqəladə vəziyyət olmasına baxmayaraq, yanvarın 22-də şəhidlər ilə vidalaşdı. Şəhidlər şəhərin ən uca yerində - Dağüstü parkda dəfn edildi. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin məqsədyönlü siyasəti və qətiyyəti, xalqımızın vəhdəti və Silahlı Qüvvələrimizin rəşadəti nəticəsində 30 ilə yaxın əsirlikdə qalan doğma torpaqlarımız azad olundu. Şəhidlərimizin qanı yerdə qalmadı. 44 günlük Vətən müharibəsi dövründə cəbhənin bütün istiqamətlərində düşmən darmadağın edildi. Qanı və canı bahasına qəhrəman əsgər və zabitlərimiz ölkəmizin ərazi bütövlüyü bərpa etdilər. Şəhidlərimizin, qətilə yetirilən günahsız körpələrimizin qanı yerdə qalmadı.
Allah Şəhidlərimizə rəhmət eləsin!
Şəhla Xəlilova
YAP Yasamal rayonu Elm və Təhsil Nazirliyi, Fizika İnstitutu üzrə ərazi partiya təşkilatının sədri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 19 Yanvar 2026 10:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















