“28 May”dan “Nizami”yə keçid necə olacaq? “AYNA ilə müzakirələr aparılır”
Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Bakı metropoliteninin “Nizami” və “Cəfər Cabbarlı” stansiyaları arasında 200 metrlik birləşdirici tunelin inşası dövründə “28 May” stansiyasından “Dərnəgül” istiqamətində qatarların hərəkəti dayandırılacaq. “Dərnəgül” istiqamətindən hərəkət edən qatarların son dayanacağı isə “Nizami” stansiyası olacaq”.
Bu, "Yeni Sabah"a Bakı Metropoliteninin Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qurum qeyd edib ki, “28 May” və “Nizami” stansiyaları arasında sərnişinlərin transferi alternativ nəqliyyatla təmin ediləcək:
“Həmin vaxt "Qırmızı xət"də qatarların “İçərişəhər-Əhmədli” istiqamətində hərəkəti heç bir fasilə olmadan tam təmin ediləcək. "Yaşıl xətt"ə keçid edən sərnişinlərin maraqları da nəzərə alınacaq. Bu məqsədlə “28 May” və “Nizami” stansiyaları arasında sərnişinlərin transferi alternativ nəqliyyatla təmin ediləcək. Hazırda bununla bağlı AYNA ilə müzakirələr aparılır”.
Nazim Hacıyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 19 İyun 2025 09:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















