Icma.az
close
up
RU
Sərnişinlərin DİQQƏTİNƏ: “28 May”dan “Nizami”yə hərəkət bu tarixdən DAYANDIRILIR

Sərnişinlərin DİQQƏTİNƏ: “28 May”dan “Nizami”yə hərəkət bu tarixdən DAYANDIRILIR

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, “Bakı Metropoliteni” “28 May” stansiyasında tunelin inşası ilə bağlı stansiyadan “Dərnəgül” xətti üzrə birbaşa gediş olmayacaq. Yəni, “Dərnəgül” - “Həzi Aslanov” xətti “Nizami” stansiyasına və ya “Həzi Aslanov” – “Dərnəgül” xətti “28 May” stansiyasına qədər fəaliyyət göstərəcək. Eyni zamanda, “Həzi Aslanov” - “İçərişəhər” xətləri üzrə qatarlar da “28 May” stansiyasında dayanmayacaq.
Bu prosesin başlamasına səbəb metronun Qırmızı və Yaşıl xətlərinin ayrılmasıdır. Bunun üçün “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında birləşdirici tunel inşa olunacaq.
Bəs işlərə nə zaman başlanacaq? “Həzi Aslanov”-“Dərnəgül” istiqamətinə gedən sərnişinlər nə zaman yolun yarı hissəsində qatarları tərk etməli olacaqlar?
Məsələ ilə bağlı Bizim.Media-ya “Bakı Metropoliteni” QSC-dən bildirilib ki, “28 May” stansiyası bağlanmayacaq:
“Sadəcə, 200 metrlik tunelin inşası başlayanda “28 May” stansiyasından üzü Dərnəgül istiqamətinə qatarlar hərəkət etməyəcək. Qatarlar “Nizami” və “Dərnəgül” arasında hərəkət edəcək. “İçərişəhər”dən, “Əhmədli”, “Həzi Aslanov” istiqamətinə qatarlar indi  necə gedirsə, həmin qayda ilə də gedəcək”.
Qeyd edilib ki, prosesə gələn ilin əvvəlində başlanacaq:
“İlin sonuna qədər hazırlıq tədbirləri başa çatdırılmalıdır. “28 May” stansiyasında elan etdiyimiz təxminən, 20-30 metrlik şaxtaların inşası başa çatmalıdır. Hazırlıq tədbirləri bitdikdən sonra digər istiqamətdə işlərin hazırlığı başlamalıdır. Bu da müəyyən qədər vaxt apardığı üçün ilin əvvəlində olacaq”.
Qeyd edək ki, Prezident İlham Əliyevin təsdiq etdiyi “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün dövlət proqramı”na əsasən, Bakıda metronun “28 May” stansiyasında Yaşıl və Qırmızı xətlər ayrılması layihəsi icra ediləcək. Dövlət Proqramına əsasən, 2025-2026-cı illərdə Yaşıl və Qırmızı xətlərin ayrılması ilə bağlı tikinti-quraşdırma işləri yerinə yetirilməli, istismara verilməli, tikinti-quraşdırma işləri tamamlanmalıdır. Proqram çərçivəsində metronun “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında təxminən 200 metrlik uzunluğa malik tunel tikiləcək.
Günay Şahmar, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://bizim.media
archiveBu xəbər 30 Oktyabr 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see516

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see214

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see213

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see212

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see200

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see194

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see187

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see160

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see152

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri