29 yaşlı əsgər alimlik dərəcəsi üçün üçgünlük məzuniyyətə gəldi Video
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
29 yaşlı əsgər məzuniyyətə gələrək alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiəsində iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, Seyidməmməd Məmmədzadə tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almaq məqsədilə dissertasiya müdafiəsində iştirak üçün Dövlət Sərhəd Xidməti Qoşunlarının komandanına yazılı müraciət edib.
Onun müraciəti qəbul edilib və 29 yaşlı əsgər üçgünlük məzuniyyətə çıxaraq Bakıya yollanıb, bu gün isə doktorluq müdafiəsini həyata keçirib.
Qeyd edək ki, S.Məmmədzadə 1996-cı ildə Bakı şəhərində anadan olub. 2013-2017-ci illərdə Bakı Dövlət Universitetində bakalavr, 2017-2019-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində magistr, 2020-2023-cü ildə isə Azərbaycan Milli Elmlər Akademiyasında doktorantura pilləsi üzrə təhsil alıb.
Baxış sayı:99
Bu xəbər 13 Fevral 2025 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















