Icma.az
close
up
RU
Belçika üçgünlük ümumi tətilə hazırlaşır

Belçika üçgünlük ümumi tətilə hazırlaşır

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 24 noyabr, AZƏRTAC

Belçikada məktəblərin bağlanması, dəmir yolu və hava nəqliyyatının dayandırılması ilə nəticələnəcək üçgünlük tətil elan edən həmkarlar ittifaqları hökumətin xərclərin azaldılması və əmək qanunvericiliyində dəyişikliklər paketinə etiraz edəcək.

AZƏRTAC AFP agentliyinə istinadla xəbər verir ki, Belçikada tətillər üç dalğada keçirilir. Qatarlar və ictimai nəqliyyat bazar ertəsi tətilə başlayır, milli dəmir yolu şirkəti SNCB üç qatardan ikisini, bəzi xətlərdə isə üç qatardan yalnız birini işə salmağı nəzərdə tutur. Brüsseli Parislə birləşdirən “Eurostar” qatarlarının bir neçə reysi də ləğv edilib. Noyabrın 25-də isə məktəblər, uşaq bağçaları və xəstəxanalar tətilə qoşulur. Çərşənbə günü həmkarlar ittifaqları bütün kateqoriyaları əhatə edən ümumi tətil çağırışı edib. Həmin gün ölkənin iki əsas hava limanında - Brüssel-Zaventem və Şarleruada uçuşlar həyata keçirilməyəcək.

Belçikanın əsas həmkarlar ittifaqları ölkənin xarici borcunu azaltmaq səylərinə görə Baş nazir Bart De Veverlə qarşıdurmada vəziyyətindədir. Hazırda Brüsselin borcu Yunanıstan, İtaliya və Fransa ilə yanaşı Avropada ən yüksək həddə çatıb. Fevral ayından bəri hakimiyyətdə olan Flamand mühafizəkarı əmək bazarının liberallaşdırılması, işsizlik müavinətləri və pensiyalarla bağlı bir sıra misli görünməmiş struktur islahatları vasitəsilə böyük qənaət tədbirləri tətbiq etməyə çalışır. Lakin De Veverin təklif etdiyi tədbirlərin yalnız az bir hissəsi indiyə qədər həyata keçirilib, bu, əsasən koalisiya hökumətinin daxilindəki fikir ayrılıqları ilə bağlıdır.

Baş nazir koalisiyasına razılığa gəlmək üçün Milad bayramına qədər vaxt verib, həmçinin hərbi büdcənin artırılması məsrəflərini ödəmək üçün xərclərin azaldılması tələbi ilə bağlı hökumət üzvlərini müzakirələrə dəvət edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Noyabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri