Icma.az
close
up
RU
3 790 nəfər əhali içməli su ilə təmin olundu FOTOLAR

3 790 nəfər əhali içməli su ilə təmin olundu FOTOLAR

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Bu işlərin davamı olaraq, Saatlı rayonunun Mollavazlı və Bəylər kəndlərində içməli su layihəsinin açılış mərasimi keçirilib. 

Bu barədə Gununsesi.info-ya  Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müavini İlham Bayramov, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Agentliyin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Agentliyin nümayəndələri və kənd sakinləri iştirak ediblər. Bildirilib ki, hazırda bir çox bölgələrdə əhalinin içməli və suvarma suyu ilə təminatı istiqamətində böyük layihələr icra olunur. Bu layihələr növbəti illərdə də davam etdiriləcək. Əsas məqsəd kəndlərdə yaşayan əhalinin dayanıqlı və keyfiyyətli içməli, eləcə də suvarma suyu ilə təmin olunmasıdır.

Məlumat verilib ki, Saatlı rayonu, Mollavazlı və Bəylər kəndində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədi ilə şəhərin mövcud su təchizatı sisteminin imkanlarından istifadə etməklə kənddaxili şəbəkə sistemi inşa edilib. Mollavazlı kəndinin mövcud su şəbəkəsinin genişləndirilməsi məqsədilə uzunluğu 7 km su şəbəkəsi inşa olunub və ümumilikdə abonentlərin sayı 350-yə çatdırılıb.

Eyni zamanda Bəylər kəndində də uzunluğu 4 km su şəbəkəsi inşa olunub və ümumilikdə abonentlərin sayı 296 çatdırılıb. Ümumilikdə hər iki kənd üzrə əhaliyə verilən suyun dəqiq uçotunun aparılması və sudan qənaətlə istifadə məqsədi ilə hər bir abonent su sayğacları ilə təchiz edilib. Layihə çərçivəsində Mollavazlı və Bəylər kəndi üzrə 3790 nəfər əhali mərkəzləşdirilmiş su təchizatı sistemi ilə təchiz edilib.

Qeyd edək ki, Saatlı şəhərinin mövcud su təchizatı sistemi Kür Su Təmizləyici Qurğusundan magistral su kəmərləri vasitəsilə təmin olunur. Şəhərin 11.7 km olan magistral su kəməri, 136 km olan daxili paylayıcı şəbəkə, 1 meydançada həcmi 2×5000 m3 olan su anbarlar kompleksi və 1 ədəd mərkəzi su nasos stansiyası istismar olunur. Şəhərin ümumi abonent sayı 4498, kənd abonentinin sayı isə 1281 təşkil edir. Ümumi olaraq 5779 abonentə xidmət göstərilir. Rayon üzrə 11 yaşayış məntəqəsinə mərkəzləşmiş su təchizat xidməti göstərilir. Həmçinin 26 kənddə modul tipli içməli su təmizləyici qurğular olmaqla bulaqlar vasitəsilə su təminatı həyata keçirilir. 2026-cı il ərzində layihənin davamı olaraq rayonun Əlisoltanlı, Potubəyli kəndlərində mərkəzləşdirilmiş su şəbəkəsinin və sayğacların quraşdırılması işləri və həmçinin su təminatı zəif olan Nabat və Çolpı kəndlərinin su təminatı məqsədilə 2026-2027-ci illərdə su təchizatı sisteminin layihəsənədlərinin hazırlanması və tikintisi işlərinin icrası planlaşdırılır.

Sonda kənd ağsaqqalları göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, layihənin icrasında əməyi olan hər kəsə və bu sahədə çalışan əməkdaşlara təşəkkür ediblər.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 03 Dekabr 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri