Icma.az
close
up
RU
Daha bir qəsəbə içməli su ilə təmin olundu Fotolar

Daha bir qəsəbə içməli su ilə təmin olundu Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Hacıqabul rayonunun Muğan qəsəbəsi fasiləsiz içməli su ilə təmin olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Bildirilib ki, bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Bu tədbirlərdən biri Hacıqabul rayonunun böyük qəsəbələrindən sayılan Muğan qəsəbəsində reallaşıb. Bu münasibətlə qəsəbədə içməli su layihəsinin açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, sədrin birinci müavini Xəyyam Məmmədov, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, millət vəkili Rafael Hüseynov, Agentliyin yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov, Agentliyin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Agentliyin nümayəndələri və qəsəbə sakinləri iştirak ediblər.

Çıxışlar zamanı bildirilib ki, bu cür təşəbbüslər ölkəmizin regionlarında dayanıqlı inkişafın əsasını təşkil edir. Qeyd olunub ki, hazırda bir çox bölgələrdə əhalinin içməli və suvarma suyu ilə təminatı istiqamətində iri layihələr icra olunur və bu layihələr növbəti illərdə də davam etdiriləcək. Əsas məqsəd kəndlərdə yaşayan əhalinin dayanıqlı və keyfiyyətli içməli, eləcə də suvarma suyu ilə təmin edilməsidir.

Qeyd olunub ki, Muğan qəsəbəsində 5 843 nəfər əhali məskunlaşır. Qəsəbənin günlük su tələbatı 1 200 m³ təşkil edir. Kür–Bakı magistral su xəttindən ayrılmış, uzunluğu 5 000 metr olan ana xətt və 20 km müxtəlif diametrli daxili şəbəkə vasitəsilə Muğan qəsəbəsində yerləşən 890 fərdi yaşayış evi tam şəkildə içməli su ilə təmin olunub, 890 təsərrüfata birləşmə verilib və bütün abonentlər sayğaclaşdırılıb. Şəbəkənin ümumi uzunluğu 115 km təşkil edir.

Bildirilib ki, Hacıqabul rayonunda 2026-cı ildə tikintisi planlaşdırılan Qubalı, Tağlı, Birinci Udulu, İkinci Udulu, Birinci Paşalı, İkinci Paşalı və Şorbaçı kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə işlər görüləcək. Bu ərazilərin ümumi əhali sayı 7 184 nəfərdir. Həmçinin əhalisi 3 192 nəfər və 820 təsərrüfatdan ibarət olan Qarasu kəndində də yeni içməli su şəbəkəsinin çəkilişi planlaşdırılır.

Qeyd edək ki, Hacıqabul Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi rayon ərazisində ümumilikdə 11 256 abonentə içməli su xidməti göstərir. Rayon ərazisində daxili su şəbəkəsinin uzunluğu 225 km-dir. Rayon ərazisində 2 500 m³ su tutumuna malik bir ədəd su anbarı mövcuddur. Rayonun 30 kəndindən 21-nə içməli su xidməti göstərilir. Şəhərin özündə isə 5 905 abonent mövcuddur. İçməli su təchizatı Kür Su Təchizat İdarəsi tərəfindən həyata keçirilir.

Sonda çıxış edən Muğan qəsəbəsinin sakinləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.









Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:331
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 Dekabr 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri