Icma.az
close
up
RU
3 cü Dünya müharibəsi başlayır: İrana birgə hücum

3 cü Dünya müharibəsi başlayır: İrana birgə hücum

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Rəsmi Doha İranın Qətərə raket zərbələri ilə bağlı bəyanat yayıb. 

“Raket hücumları ilə bağlı İrandan əvvəlcədən heç bir xəbərdarlıq almamışıq. Hədəf yalnız hərbi obyekstlər deyil, həm də ölkənin bütün ərazisidir. Bu hücumlar cavabsız qalmayacaq”,- deyə Qətər Xarici İşlər Nazirliyi xəbərdarlıq edib. 

Eyni zamanda, Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi İranın Ər-Riyaddakı ABŞ səfirlyinə hücumunu pisləyib. Səudiyyə Krallığı İrana cavab vermək hüququnu özündə saxladığını bəyan edib.  

Qeyd edilən məlumatlar müharibənin miqyasının genişlənəcəyi təqdirdə digər dövlətlərin də hərbi əməliyyatlara qoşulacağını deməyə əsas verir. Yəni başqa dövlətlər də İran əleyhinə koalisiyaya qoşula bilər. ABŞ-yə və İsrailə hərbi dəstəyin fərdi şəkildə verilməsi ehtimalı daha çoxdur. 

Çünki hərbi blok olaraq NATO əməliyyatlarda iştirak etməyəcəyini bildirib. Eyni zamanda, İran məsələsində NATO daxilində fikir ayrılığı var. Türkiyə, Fransa, İspaniya, Macarıstan kimi ölkələr İran problemini hərbi yolla həll etməyin əleyhinədir. 

Hərbi əməliyyatların ilk günündə Britaniya qırıcılarının İrana zərbələr endirdiyinə dair xəbərlər öz təsdiqini tapıb. Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkəsinin birbaşa müharibədə iştirak etməyəcəyini desə də, müharibə uzanacağı təqdirdə, ABŞ-yə dəstək verəcəyi istisna edilmir. İrana qarşı koalsiyaya qoşulmaq istəyən ölkələrdən biri Almaniyadır. 

Məsələ Almaniya Təhlükəsizlik Şurasında müzakirə olunub və Bundestaq razılıq verərsə, Fridrix Merts hökuməti öz döyüş təyyarələrini hücuma göndərə bilər. Yunanıstan isə daha çox müdafiə mövqeyinə çəkilərək güc nümayiş etdirir. İran raketlərinin Kiprdəki ABŞ hərbi bazalarını atəşə tutmasından sonra bu ölkəyə hava hücumundan müdafiə sistemlərini göndərməsi Afinanın Tehrana xəbərdarlıq mesajı kimi başa düşülə bilər.

Bu arada, İran  Avropa İttifaqını İsrailin və ABŞ-nin hücumlarına qoşulmamağa çağırıb. “Bu, müharibə aktı olardı. İrana qarşı hər hansı hərəkət təcavüzkarlarla əlbir olmaq hesab ediləcək. Bu, İrana qarşı müharibə hesab ediləcək”, - deyə İran  Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmail Bəqai bildirib. 

İranın 2000 kilometrdən artıq uçan ballistik raketlərinin olduğunu nəzərə alsaq, Tehran əməliyyatlara dəstək verəcəkləri təqdirdə Avropa İttifaqını əks-zərbə ilə cavab verəcəyi ilə hədələyir. 

Ərəb ölkələrinin müharibəyə qoşulmaq ehtimalı isə daha çoxdur. Söhbət daha çox Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyadan gedir. Bu dövlətlərin koalisiyaya daxil olması hərbi əməliyyatların sonrakı gedişindən asılı olacaq. 

Yəni ABŞ ərəb ölkələrinin ərazisindən platsdarm kimi istifadə etməkdə davam edərsə, İranın həmin ərazilərə cavab zərbələri endirəcək. Bu isə bir sıra ərəb ölkələrinin İranla müharibəyə girməsinə gətirib çıxara bilər. 

Müşfiq Abdulla    
“Cebheinfo.az”

Açar sözlər: müharibə İran

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Mart 2026 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see375

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see336

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see330

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see323

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see322

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see317

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see309

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see302

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see299

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see275

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see267

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see259

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see257

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see251

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see250

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see246

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see233

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see213

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see209

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri