Icma.az
close
up
RU
3 cü prezident impiçment edildi

3 cü prezident impiçment edildi

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Koreya Respublikasının Konstitusiya Məhkəməsi Prezident Yun Sk Yolun impiçmentini təsdiqləyib. Məhkəmə heyətinin yekdilliklə çıxardığı qərarda göstərilir ki, Yun Sk Yol “hüquqi dövlətin və demokratik idarəetmənin əsas prinsiplərini pozub. Məhkəmənin qərarına əsasən, ölkədə 60 gün ərzində növbədənkənar prezident seçkiləri keçirilməlidir.

Xatırladaq ki, bundan öncə 2017-ci ildə Cənubi Koreyanın dövlət başçısı Pak Kın He də impiçmentə məruz qalmışdı.

Müxalifət ilə prezident arasında qarşıdurma

2024-cü ilin sonunda Cənubi Koreyada müxalif partiyalar prezidentin impiçment edilməsi ilə bağlı məsələ qaldırmışdı. Yun Sok Yol isə könüllü olaraq istefa vermək niyyətində deyildi. Müxalifəti Şimali Koreyaya rəğbət bəsləməkdə ittiham edən Yun Sok Yol dekabrın 3-də ölkədə hərbi vəziyyət elan etdi və paytaxt Seula ordu yeritdi. Hərbi vəziyyət fonunda şəhərin küçələrində ağır hərbi texnikalar hərəkət edirdi. Orduya parlamenti mühasirəyə almaq əmri verildi. Prezident Yun Sok Yol öz çıxışda bəyan etmişdi ki, onun hərbi vəziyyət rejimini tətbiqi etməkdə məqsədi ölkənin təhlükəsizliyini və azad konstitusiya quruluşunu Şimali Koreya yönümlü qüvvələrdən qorumaqdır. Onun sözlərinə görə, ona qarşı impiçment prosedurunu həyata keçirmək cəhdləri hakimiyyəti iflic etmək təhlükəsi yaradır.  Həmin zaman Cənubi Koreyanın Müdafiə Nazirliyində də yüksək səviyyəli hərbi rəsmilərin iclası keçirildi. Koreya Quru Qoşunlarının Baş Qərargah rəisi Pak An Su ölkədə hərbi vəziyyətin tətbiqindən sonra komandir təyin edildi. Hərbi vəziyyət müddətində parlamentin, siyasi partiyaların və birliklərin, o cümlədən regional parlamentlərin fəaliyyətinə, hətta mitinqlərin keçirilməsinə qadağa qoyuldu.

Hərbi vəziyyətin elan olunmasına baxmayaraq, ölkə parlamenti geri çəkilmədi. Dekabrın 3-dən 4-nə keçən gecə ölkə parlamentində ölkədə hərbi vəziyyətin ləğv olunması məsələsi qaldırıldı və prezidentdən hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul olundu. 190 deputat qətnamənin lehinə səs verdi. Nəticədə dövlət başçısı Yun Sok Yol təxminən 6 saat davam edən hərbi vəziyyət rejimini ləğv etmək məcburiyyətində qaldı. Hərbi vəziyyətin tətbiqində iştirak edən Cənubi Koreyanın bütün hərbi qulluqçuları daimi dislokasiya yerlərinə qayıtdılar. Dekabrın 14-də isə parlament prezidentin impiçment qərarını elan etdi. Səsvermə zamanı 204 deputat qərarın lehinə, 85 nəfər isə əlehinə səs verib.

Prezidentin həbsi

Dekabrın 31-də Cənubi Koreya məhkəməsi Korrupsiyaya Qarşı Mübarizə üzrə İstintaq İdarəsinin tələbi ilə Yun Sok Yolun həbsinə order verdi. O, qiyama rəhbərlik etmək maddəsi ilə ittiham edilirdi. Yerli KİV-in məlumatında qeyd olunur ki, yanvarın əvvəlində istintaq qrupunun nümayndələri Yun Sok Yolu həbs etmək üçün prezident iqamətgahına gəldilər. Lakin iqamətgahın qarşısında qrupun nümayəndələri ilə prezidentin mühafizə qüvvələri arasında qarşıdurma yaşandı. İstintaq qrupunun nümayəndələri iqamətgaha yaxınlaşanda dövlət başçısını mühafizə edən hərbçilər onların qarşısını kəsdi. Nəticədə, onlar yanvarın 3-də ərazini tərk etmək məcburiyyətində lar. Yanvarın 7-də Cənubi Koreya məhkəməsi yenidən Yun Sok Yolun həbsinə order verdi. O, yanvarın 19-da həbs olundu. Lakin martın 7-də Yun Sok Yol məhkəmə qərarı ilə həbsdən azad edildi.

YUNİS

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Aprel 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see657

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see358

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see224

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see215

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see192

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see185

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see182

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see179

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see175

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see171

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see164

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see163

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see163

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see160

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see159

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see158

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see158

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see157

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see157

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri