Icma.az
close
up
RU
6 fevralda bu tarixi şəxslər xatırlanır

6 fevralda bu tarixi şəxslər xatırlanır

Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


6 fevral bir neçə tarixi şəxsiyyətlərimizin doğum və anım günləri ilə yadda qalıb.
Missiya.Az 
onları təqdim edir:
1. Zadəgan, general-leytenant Cəfərqulu ağa Baxıxanov 1796-cı ilin bu günü doğulub. 1838-ci ildə Poruçik (leytenant) rütbəsinə, 1841-ci il Qafqaz müharibəsi dövründə isə kapitan rütbəsinə yüksəlib. 1842–1843-cü illərdəki kampaniyalarda Bakıxanov Samur bölgəsində və dağlıq Dağıstanda dağlılarla döyüşüb. Xidmətlərinə görə zadəgana İmperator Qvardiyasının kazak alayının Ştabs-kapitan adı verilib, sonradan ayrı-ayrı Qafqaz Korpusuna təyin və növbəti il qvardiyanın Rotmistri təyin edilib. 1844–1848-ci illərdə Dağıstanda da olub və Salta və Gergebil, o cümlədən Hacı Murada qarşı döyüşlərdə vuruşub. Xüsusilə son aul (istehkamlı kənd) Axtaya 1848-ci ildə edilən hücumda fərqlənib və 6 iyun 1848-ci ildə polkovnik vəzifəsinə təyin olunub. və "Cəsarətə görə" yazılmış qızıl qılıncla təltif edilib. 25 illik xidmətindən sonra 26 noyabr 1850-ci ildə general-mayor rütbəsinə yüksəlməklə yanaşı, Müqəddəs Georgi ordeni (4-cü dərəcə) ilə təltif edilib. 7 sentyabr 1856-cı ildə Dərbənd nümayəndə heyətini təmsil edərək II Aleksandrın Moskvadakıın tacqoyma mərasiminə qatılıb. 1857-ci ildən Qafqaz Ordusu sıralarına yer alıb, lakin siyasi səbəblərə görə general-leytenant rütbəsinə nail olduqdan sonra 1864-cü il oktyabrın 18-də vəzifə maaşına bağlı pensiya ilə xidmətdən xaric edilib. Bununla birlikdə, 1866-cı il 19 aprel tarixində yenidən xidmətə çağrılıb. General - leytenant 1867-ci ildə Qubada vəfat edib, cəsədi Bakıya gətirilərkən Bibiheybətdə dəfn olunub.
2. Azərbaycanın Xalq artisti, aktrisa Firəngiz Şərifova 6 fevral 1924-cü ildə Bakıda dünyaya göz açıb. O "Astana" (film, 1986), "Bayquş gələndə"... (film, 1978), "Bir ailəlik bağ evi" (film, 1978), "Bizim küçənin oğlanları" (film, 1973), "Dağlı çörəyi" (film, 2007), "Ən vacib müsahibə" (film, 1971), "Gəlinlərin qiyamı" (film, 1985), "Gümüşgöl əfsanəsi" (film, 1984) və s. kimi xeyli sayda ekran işlərində rol alıb. 20 fevral 2014-cü il tarixdə Bakıda dünyasını dəyişib.
3. Azərbaycanın Xalq artisti, aktyor və rejissor Lütfi Məmmədbəyov 6 fevral 1927-ci ildə Ağdaşda anadan olub. Televiziyada 60-dan çox televiziya tamaşasının rejissoru o cümlədən “Göz həkimi”, “Yağışdan sonra”, “Səninlə sənsiz”, “Yad qızı” kimi əsərlərin rejissoru olub. Lütfi Məmmədbəyov kinofilmlərdə də çəkilib. “O olmasın, bu olsun”, “Bəxtiyar”, “Səhər”, “Qızmar günəş altında”, “Göz həkimi”, “Leyli və Məcnun”, “Sehrli xalat” və başqa filmlərdə rol alıb. Sənətkar 1 fevral 2004-cü ildə Bakıda vəfat edib.
4. Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan Respublikasının Xalq artisti, teatr və kino aktyoru Rafiq Əzimov 1938-ci ilin bu günü Bakıda dünyaya gəlib. Kalendario "Dəlilər" (Lope de Veqa), Mirzə Hüseyn "Toy", (Sabit Rəhman), Əmək və qızılgül (film, 1962) (tammetrajlı bədii film), Mənim əziz atam (1970) (tammetrajlı bədii film) (Rusiya) və s. filmlərə çəkilib.
5. 1955-ci ilin 6 fevralı yazıçı, dramaturq Mirzə Cəlilin həyat yoldaşı, Azərbaycanın ilk maarifçi qadınlarından biri, tarixçi, tərcüməçi Həmidə Cavanşir - Məmmədquluzadənin xatirə günüdür. 1873-cü ildə Şuşa qəzasının Kəhrizli kəndində zəmanəsinin görkəmli maarifçi ziyalısı, tarixçi Əhməd bəyin ocağında doğulub. Tarix Həmidə xanımı böyük xeyriyyəçi və cəfakeş insan kimi yaddaşlara həkk edib. Tək Kəhrizli kəndinin deyil, cümlə Qarabağın ona kömək üçün pənah gətirən insanlarının əlindən tutan, qayğılarını həll edib, həm də o dövrün yardıma ehtiyacı olan ziyalılarının da problemlərini həll edib. 1955-ci ildə vəfat edən Həmidə xanım Cavanşir Fəxri Xiyabanda Mirzə Cəlilin məzarı yanında dəfn olunub.
6. Azərbaycanın Milli Qəhrəmanı Mirəsgər Seyidov 1970-ci ilin bu günü Babək rayonunun Qaraxanbəyli kəndində dünyaya gəlib. 1987-ci ldə Naxçıvan şəhər 39 saylı orta məktəbini bitirib, 1988–1990-cı illərdə Sovet Ordusunda hərbi xidmətdə olub. "Dənizdən–dənizə böyük Ermənistan" xülyası ilə yaşayan erməni millətçilərinin işğalçılıq siyasəti Naxçıvanda da yan keçməyib. Ermənilərin xülyasından narahat qalan Mirəsgər könüllü olaraq Babək rayonunun Yuxarı Buzqov kənd özünümdüdafiə batalyonunda mərdliklə vuruşub. Cəsur döyüşçü qaynar döyüşlərə qatılıb, erməni yaraqlılarının xeyli canlı qüvvəsini məhv edib. Dəfələrlə döyüşçü dostlarını mühasirədən çıxaran Mirəsgər 1992-ci il 14 iyun döyüş meydanında qəhrəmancasına şəhadətə ucalıb.


Zərintac Mayisqızı
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://missiya.az
archiveBu xəbər 06 Fevral 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri