3 il qızını axtaran ata acı həqiqəti DNT analizi ilə öyrəndi
Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2023-cü ildə Kahramanmaraşda baş verən zəlzələ zamanı ailəsinin bütün üzvlərini itirən Fatih Karacanın 3 il davam edən ümidli axtarışı uğursuz sonluqla bitib.
Demokrat.az xəbər verir ki, Türkiyənin Gaziantep vilayətinin İslahiyə rayonunda yaşayan Karaca ailəsi zəlzələdə dağıntılar altında qalıb. Enerji şirkətində işləyən Fatih Karaca həmin gecə növbədə olduğu üçün sağ qalıb. Dağıntı nəticəsində onun həyat yoldaşı Duyğu Karaca, övladları Mehmet, Sıla, Adilə Nur, 13 yaşlı İrem, həmçinin anası və qayınanası həyatını itirib.
Ailənin ən kiçik üzvlərindən biri olan İrem Karacanın cəsədi isə tapılmadığı üçün ata uzun müddət qızının sağ qaldığına ümid edib. Hətta bəzi şəxslər zəlzələdən sonra İremi gördüklərini söyləyərək onun ümidini daha da artırıblar.
Fatih Karaca qızına olan həsrətini “Haradasan İrem, çıxıb gəlsənə” misraları ilə başlayan şeirdə də ifadə edib və bu sözlər sosial şəbəkələrdə geniş yayılıb.
Lakin İslahiyə Baş Prokurorluğunun yenidən başladığı araşdırma həqiqəti üzə çıxarıb. Kimliyi müəyyən edilməyən cəsədlərlə bağlı aparılan istintaq çərçivəsində 7 məzar açılaraq DNT analizi həyata keçirilib.
Araşdırma nəticəsində məlum olub ki, İrem Karaca zəlzələ zamanı həyatını itirib və baş verən qarışıqlıq səbəbindən anası Duyğu Karacanın kimliyi ilə dəfn edilib.
Beləliklə, 3 il qızından xəbər gözləyən acılı ata DNT nəticələri ilə qızının taleyini öyrənmiş olub. (Yeni Musavat)

Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Kişi DNT testi etdi: Uşaqları haqqında həqiqəti öyrəndi
29 Sentyabr 2025 12:07
“Sən mağaradakılardansan” DNT analizi həqiqəti üzə çıxardı
02 Dekabr 2025 15:54
Məşqdə ata olduğunu öyrəndi
14 İyul 2026 16:51
Vinisius DNT testi verdi, əslən hansı ölkədən olduğunu öyrəndi
21 Noyabr 2024 12:20
DNT analizi sensasiya yaratdı
22 Sentyabr 2026 14:57
Baxış sayı:93
Bu xəbər 08 Mart 2026 16:18 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları