Icma.az
close
up
RU
 “Sən mağaradakılardansan” DNT analizi həqiqəti üzə çıxardı

 “Sən mağaradakılardansan” DNT analizi həqiqəti üzə çıxardı

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Gələn məktub 3 min illik ailə sirrini açdı

Lixtenşteyndəki bir mağarada tapılan 4 min 200 ədəd qədim sümük Almaniyanın Förste kəndində yaşayan Manfred Huchthausenin ailə tarixini yenidən yazıb. 

Sherg.az xəbər verir ki, Göttingen Universitetinin apardığı DNT analizi onun sadə bir tüpürcək nümunəsini min illərin sirlərinə açılan qapıya çevirib və Huchthausenin üç min il əvvəl həmin mağarada dəfn olunan insanların birbaşa nəslindən olduğunu üzə çıxarıb.

1980-ci illərdə Lixtenşteyndəki mağarada 60 nəfərə aid, təxminən eramızdan əvvəl 1000-ci illərə gedib çıxan sümüklər - bronz bəzəklər, saxsı qablar, geyim parçaları və heyvan sümükləri ilə birlikdə tapılmışdı. Araşdırmalar göstərmişdi ki, ölülər əvvəl başqa yerdə dəfn olunub, daha sonra isə ikinci bir mərasim kimi mağaraya köçürülüblər. Yanğın izləri həmin ərazidə xüsusi cənazə mərasimlərinin keçirildiyini təsdiqləyirdi.

2007-ci ildə Göttingen Universitetinin alimləri mağarada tapılan qədim DNT-ləri araşdırmaq qərarına gəlib və yaxınlıqdakı kənd sakinlərindən nümunələr istəyib. 120 könüllüdən biri olan Manfred Huchthausen, 9 ay sonra aldığı məktubla həyatının ən böyük sürprizi ilə qarşılaşıb. Məktubda yazılmışdı: “Sən mağaradakılardansan.”

Analizlər göstərdi ki, mağarada dəfn edilən insanların sümüklərində ağır iş və ya zorakılıq izləri yoxdur. Alimlər onların bölgədə duz ticarəti ilə məşğul olduqlarını düşünür. DNT nəticələri həmçinin qədim insanların boy, göz və saç rəngi baxımından bölgənin müasir sakinlərinə çox bənzədiyini ortaya qoydu.

Huchthausen ailəsinin nəsillər boyu Förste kəndindən ayrılmadığını bilsə də, atalarının 3 min il boyunca eyni torpaqlarda yaşadığını təsəvvür belə etmirdi. DNT uyğunluğunu gördükdən sonra, kəndə duyduğu güclü bağlılığın səbəbini daha yaxşı anladığını dedi.

Bu xəbər açılandan sonra Huchthausen mətbuata açıqlamasında həm çox təəccübləndiyini, həm də qürur duyduğunu bildirib. O, iki oğlundan birinin hələ də Förstedə yaşadığını və ailə ənənəsini davam etdirdiyini vurğulayıb.

Beləcə, 3 min illik ailə sirləri bir məktubla açıldı və Huchthausenin bölgənin ən qədim sakinlərindən biri olduğu elmi şəkildə təsdiqləndi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:31
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Dekabr 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see171

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see161

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see154

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri