Icma.az
close
up
RU
Menu

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Kənddə yaşayanların diqqətə Bu 10 qaydanı bilməlisiniz

3 ildən çox davam edən müharibənin acı nəticələri İTKİLƏR AÇIQLANDI

3 ildən çox davam edən müharibənin acı nəticələri İTKİLƏR AÇIQLANDI

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ, Rusiya və Ukrayna arasında sülh planı üzrə intensivləşən danışıqlar regionda ehtiyatlı nikbinlik yaratsa da, müharibənin üç ili ərzində toplanan acı statistika savaşın insan həyatına, cəmiyyətə və iqtisadiyyata vurduğu dağıdıcı zərbəni üzə çıxarıb.

Modern.az xəbər verir ki, son beynəlxalq hesabatlar, kəşfiyyat məlumatları və BMT strukturlarının açıqlamaları həm Ukraynanın, həm də Rusiyanın bu münaqişədən hansı ölçüdə zərər gördüyünü açıq şəkildə göstərir.

BMT-nin İnsan Haqları Ali Komissarlığı bildirir ki, Ukraynada müharibə başlayandan bəri azı 53 min mülki şəxs zərər çəkib. Onlardan 14 534 nəfəri həlak olub, 38 472 nəfər yaralanıb.

Qurum real rəqəmlərin daha yüksək olduğunu istisna etmir, çünki ön xətdə dağıntılar altında qalan meyitlərin sənədləşdirilməsi, işğal zonalarına çıxışın olmaması statistikaya ciddi təsir edir.

Ukrayna Ombudsmanı Rusiyada 16 minə yaxın ukraynalı mülkinin qanunsuz saxlanıldığını, itkin düşənlərin sayının isə on minlərlə olduğunu bildirir, bəzi xarici QHT-lər bu rəqəmi 70 minə qədər qiymətləndirir.

Ukrayna ordusunun itkiləri barədə rəsmi açıqlama yoxdur, lakin Qərb kəşfiyyatı və analitik mərkəzlərinin hesablamaları ağır mənzərə olduğunu göstərir. Müharibənin əvvəlindən bu yana 60–100 min ukraynalı hərbçi həlak olub, 300–350 min arası əsgər yaralanıb. Müstəqil “UALosses” layihəsi adla təsdiqlənmiş 79 mindən çox ukraynalı hərbçinin öldüyünü bildirir. Onlarla min hərbçi itkin düşmüş sayılır. Həmçinin, 4,5–8 min arasında ukraynalı döyüşçünün Rusiya tərəfindən əsir saxlanıldığı ehtimal olunur.

Rusiyanın hərbi itkiləri barədə mənzərə daha genişdir. Moskva rəsmi rəqəmləri açıqlamasa da, Mediazona, Meduza və BBC Russian kimi media qurumlarının araşdırmaları, eləcə də ABŞ və Britaniya kəşfiyyatının qiymətləndirmələri Rusiyanın insan itkilərinin müharibə boyunca 1 milyon nəfərə yaxınlaşdığını göstərir. Hesabatlara görə, azı 220–280 min rus hərbçisi öldürülüb, 800 mindən çoxu yaralanıb. Beləliklə, Rusiyanın ümumi hərbi itkiləri 1–1,1 milyon nəfər arasında qiymətləndirilir. Ukrayna tərəfinin əlində 1,5–3 min arasında rus əsirinin olduğu bildirilir.

Müharibə Rusiya ərazisində də mülki itkilərə səbəb olub. Ukraynanın raket və PUA zərbələrinin nəticəsində Rusiya və Krımda 600-dən çox mülki şəxs həlak olub, yüzlərlə insan yaralanıb və itkin düşüb. Miqyas Ukrayna ilə müqayisədə daha kiçik olsa da, müharibənin Rusiya cəmiyyətinə təsiri hər gün daha çox hiss olunur.

İqtisadi zərər də olduqca böyükdür. "Kyiv School of Economics"in hesablamalarına görə, Ukraynanın fiziki infrastrukturuna vurulan birbaşa ziyan artıq 170 milyard dolları keçib. Dağıntılar arasında yaşayış binaları, sənaye zonaları, enerji sistemləri, körpülər, yollar və dəmir yolu xətləri var. Dünya Bankının RDNA4 hesabatı Ukraynanın ümumi bərpa ehtiyacını 524 milyard dollar olaraq qiymətləndirir. Bundan əlavə, Kiyev müharibənin yaratdığı karbon emissiyalarına görə Rusiyadan 44 milyard dollarlıq ekoloji təzminat tələb etməyi planlaşdırır.

Hər bir halda müharibə hələ davam edir, danışıqlar nəticə verməsə, dəhşətli rəqəmlər daha da böyüyəcək...

Elnur Əmirov 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Noyabr 2025 22:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see219

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see217

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see214

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see207

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see178

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see171

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see159

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see158

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see157

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see155

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see150

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see146

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see145

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see143

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see142

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

13 Yanvar 2026 07:02see140

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see135

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see133

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see130

Kənddə yaşayanların diqqətə Bu 10 qaydanı bilməlisiniz

13 Yanvar 2026 03:24see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri