Icma.az
close
up
RU
ERMƏNİLƏR UKRAYNADA BÖYÜK İTKİLƏR VERİR Sensasiyalı faktlar və rəqəmlər AÇIQLANDI

ERMƏNİLƏR UKRAYNADA BÖYÜK İTKİLƏR VERİR Sensasiyalı faktlar və rəqəmlər AÇIQLANDI

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsində Rusiya ordusuna 10 minlərlə(!) erməninin qatıldığı məlum olub. 

“AzPolitika” xəbər verir ki, bu barədə tanınmış erməni jurnalist və bloqer Roman Baqdasaryan məlumat yayıb.

Onun paylaşımından məlum olur ki, ermənilər kütləvi şəkildə işğalçı ordunun sıralarında Ukrayanya qarşı döyüşür və məhv edilirlər.

Baqdasaryan yazır ki, Rusiya-Ukrayna müharibəsinin ilk günündən o və həmkarları Rusiya tərəfindən müharibəyə qatılıb məhv edilən bütün ermənilərin fotolarını və adlarını dərc edir. Bunlar Rusiyadan, Ermənistandan və Qarabağdan gələn, sonradan Rusiya işğalçı qüvvələrinə cəlb edilən erməni muzdlulardır: “Son 3,5 il ərzində “Ermənistan Respublikası” “telegram” kanalında 3265(!) ölmüş erməni haqqında məlumat dərc etmişik. Bu gün platformalarımızda son bir ayın məlumatlarını dərc edirik: bu müddət ərzində Rusiya, Ermənistan və Qarabağdan gələn daha 107 erməninin həlak olması ilə bağlı məlumat aldıq… Beləliklə, daha 107 erməninin cəsədi Rusiya və Ermənistana çatdırılıb. Onlardan 81-i Rusiya vətəndaşıdır, qalanları Ermənistan vətəndaşıdır və ya Ermənistanda “verbovka” ediliblər”.

Baqdasaryan qeyd edir ki, açıqlanan 3265 rəqəmi şərtidir, çünki bunlar yalnız barəsində rəsmi məlumat olan və paylaşılan ermənilərdir: “Son 3,5 ildə cəbhəyə gedən hər kəs(ermənilər nəzərdə tutulur-red.) ya ölüb, ya itkin düşüb, ya da onunla əlaqə kəsilib. Açıq mənbələrdə 3265 ölmüş erməni ilə bağlı məlumatlar dərc olunub, lakin bizə məlum olmayan hissə də var və qurbanların sayı 4500-ü keçə bilər. Rusiya tərəfdən yaralı ermənilərin sayı isə 12-15 min(!) nəfərdir. Fikir verin, Rusiya tərəfində döyüşən və ölən kütləvi sayda erməni var və hamı buna susur...”

Göründüyü kimi, Rusiya işğalçı ordusunda on minlərlə erməninin döyüşdüyü və bunlardan ölü və yaralı olaraq, üst-üstə 20 minə yaxın(4500 ölü, 15000 yaralı) itki verildiyi üzə çıxır. Özü də bunu erməni jurnalist bəyan edir. Əlbəttə ki, kiçik Ermənistan üçün bu, olduqca böyük, hətta fantastik itki sayıla bilər.

Baqdasaryan həmçinin etiraf edib ki, ölmüş və yaralanmış ermənilərin ailə üzvləri onlar barəsində məlumatların yayılmasının əleyhinə çıxırlar. Çünki işğalçı ordu tərəfində döyüşdükləri və öldükləri üçün qınağa məruz qalırlar: “Son vaxtlar biz ermənilərin və Qarabağ ermənilərinin fotolarını dərc etmirik, çünki onların ailələri isterikadadırlar və bütün şəhərdə onları qınayır, biabır edirlər. Biz bunu başa düşürük və ölkəmizdən gedən muzdluları dərc etmirik, ancaq bu məlumatları çatlarımızda yayırıq”.

Baqdasaryan daha sonra erməni muzdluların rus ordusuna cəlb edilməsi mexanizmini açıqlayır və qeyd edir ki, bu məsələdə Qarabağdan qaçmış “erməni generalları” xüsusi canfəşanlıq göstərirlər: “Unutmayın ki, Ermənistandan rus ordusuna “verbovkanı” Qarabağ generalları və məmurları, erməni oliqarxların ailələri, Gümrü meri Vardan Qukasyanın, Ara Abramyanın(“Rusiya erməniləri ittifaqı”-nın sədri, oliqarx – red.), Don Piponun(Rusiyanın nəzarətindəki kriminal avtoritet Artur Asatryan-red.) adamları və digər “zibil bandaları” həyata keçirir. Ermənistanda ən çox orduya cəlb olunanlar Abovyan, Hrazdan, Çarentsavan, Cermuk, Gümrü və s. bölgələrdəndir.

“İşə götürənlər” ilk növbədə əvvəllər döyüşmüş və çoxlu pul qazanmaq istəyən insanları yoxlayır. Adətən muzdluları restorana dəvət edirlər, içki verirlər və səhər bu vəziyyətdə Moskvaya, oradan da cəbhəyə göndərirlər”.

Göründüyü kimi, erməni cəmiyyətinin qanındakı işğalçılıq, Rusiyanın imperiya qulu olmaq, tamahkarlıq meylləri özünü bu gün də büruzə verir. Bu da ilk növbədə elə öz başlarında çatlayır. Ermənilərin bu müharibədə məhz işğalçı Rusiyanın tərəfini seçməsi isə “tay tayını tapar” misalını xatırladır…

Xatırladaq ki, hələ işğalçılıq müharibəsinin ilk günlərindən Rusiya tərəfində döyüşən ermənilərdən ibarət “Arbat” batalyonu yaradılmışdı. Ukrayna ordusu bu batalyonu bir neçə dəfə darmadağın edib. Onun başçısı olan kriminal avtoritet Armen Sarkisyan isə Ukrayna xüsusi xidməti tərəfindən Moskvada, yaşadığı evdə partladılaraq, məhv edilib.

C.Məmmədli

“AzPolitika.info”  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Sentyabr 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see284

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see231

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see222

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see197

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see189

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see177

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see176

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see174

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see170

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see164

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see162

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see160

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see160

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see156

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see144

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see138

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see138

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see134

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see133

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri