3 ildən çox idi ki, onkoloji xəstə imiş Çimnaz Sultanovanın ölümü ilə bağlı YENİ DETALLAR
Icma.az, Bizim media saytına istinadən bildirir.
Xəbər verdiyimiz kimi, dünən aktrisa Çimnaz Sultanova dünyasını dəyişib. Onun bağırsaq xərçəngindən öldüyü bildirildi. Bu gün isə yaxınları aktrisanın ölümünə bir müddət əvvəl keçirdiyi əməliyyatı səbəb göstəriblər. Bildiriblər ki, Ç.Sultanova Bakı Sağlamlıq Mərkəzində əməliyyat olub. Amma səhv əməliyyat olunduğu üçün komaya düşüb. Daha sonra isə aktrisa "Zəfəran" klinikasına yerləşdirilib. Orada bildiriblər ki, yanlış əməliyyat olunduğu üçün bağırsaqları partlayıb.
MÖVZU İLƏ BAĞLI:
"Çimnaz Sultanova səhv əməliyyatın qurbanı oldu" - Ailəsindən İDDİA
Yaxınları onun bu əməliyyatlara 30 min manat xərc çəkdiyini də qeyd ediblər.
Bizim.Media-nın əldə etdiyi məlumata görə isə aktrisa 3 ildən artıqdır ki, onkoloji xəstəlikdən müalicə alırmış.
Məlumatlı mənbənin bildirdiyinə görə, aktrisa bağırsaq yox, əzələ toxuması xərçəngindən əziyyət çəkib. Bədxassəli şişlə bağlı daha öncə bir dəfə əməliyyat keçirib.
Hətta Milli Onkologiya Mərkəzinə mütəmadi müalicə üçün gedirmiş. Daha sonra isə kimyaterapiya almalı imiş. Lakin aktrisa saçlarının tökülməməsi üçün kimyaterapiyadan imtina edib.
Bir müddət vəziyyəti yaxşılaşsa da, sonradan halı pisləşib və metastaz başlayıb. Xərçəng qaraciyər və bağırsağa yayılıb. Bu səbəbdən aktrisa növbəti dəfə əməliyyat keçirmək məcburiyyətində qalıb.
Mərhum bu illər ərzində müayinə və müalicələrə gizli gedirmiş. Xəstəliyinin məxfi saxlamaq üçün heç yaxınlarına belə bu haqda ətraflı məlumat vermək istəməyib.
Rəna Cumaqızı, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 16 Yanvar 2025 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















