Icma.az
close
up
RU
Çimnaz Sultanovanın ölümü ilə bağlı YENİ FAKTLAR: “Həmin adamdan dərman alırdı” KONKRET

Çimnaz Sultanovanın ölümü ilə bağlı YENİ FAKTLAR: “Həmin adamdan dərman alırdı” KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Ötən gün vəfat edən aktrisa Çimnaz Sultanovanın ölüm səbəbi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. 43 yaşlı aktrisanın keçirdiyi estetik əməliyyatlardan və bir müddətdir ki, əziyyət çəkdiyi xərçəng xəstəliyindən dünyasını dəyişməsi iddia edilir.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan aktyor Niftalı Namazlı Çimnaz Sultanova ilə maraqlı faktları bölüşüb. O, saytımıza açıqlamasında qeyd edib ki, mərhum 2 ilə yaxın xərçəng xəstəliyindən əziyyət çəkib:

“Mən uzun müddətdir aktyor olaraq fəaliyyət göstərirəm. Müxtəlif seriallarda və tamaşalarda oynamışam. Dünən Çimnaz xanımın vəfatı ilə bağlı xəbər aldım və çox pis oldum. Özünüz araşdırsanız görərsiz ki, mən uzun müddətdir sosial media hesablarımda paylaşım etmirəm. Səhhətimlə bağlı problemlərim olduğu üçün mediadan kənaram. Əksər xəbər saytları və səhifələr xəbər dərc edirlər ki, Çimnaz xanım estetik əməliyyatlardan sonra xəstəlik tapıb və vəfat edib. Bu fikirlərin hamısı yanlışdır. Xəbərlərdə qeyd edilir ki, Çimnaz xanım xərçəng xəstəliyindən 2 aydır əziyyət çəkirdi. Çimnaz xanım il yarım, 2 il idi ki onkoloji olaraq xərçəng xəstəliyindən əziyyət çəkirdi. Bunu həm ailəsindən, həm dostlarından, həm də saytlardan gizlədirdi”.

Aktyor sosial şəbəkədə Çimnaz Sultanova ilə bağlı mənfi fikirlərin onda təəssüf doğurduğunu qeyd edib:

“O, tam başqa cür, xanım-xatın bir qadın idi. Ağrısını, acısını kiminsə yanında deməzdi. Aktrisamız Sonaxanım Əliyeva da bunu qeyd edib. Saytların bir çoxunda yazırlar ki, o, estetik əməliyyatlardan xəstəlik tapdı, rəhmətə getdi. Bəzi sosial şəbəkə istifadəçiləri isə lənət oxuyurlar. Belə şeylər etmək  lazım deyil. Mənim Çimnaz xanımla salam-sağolum yox idi. O, ortaq tanışımız olan bir şəxsdən dərman almışdı. Ona görə bilirdik ki, Çimnaz xanımda xəstəlik var. Çimnaz xanım mənə zəng edib demişdi ki, biz həmkarıq və mənim xəstəliyim barəsində heç kimin xəbəri olmasın. Mən də demişdim ki, bu barədə heç zaman heç yerdə danışmaram, özünüz istəsəniz haçansa mediaya məlumat verərsiniz. Bunu sizə deməkdə məqsədim odur ki, insanlar düzgün məlumat alsın. Çimnaz xanım sağlığında necə şəkillər çəkdiribsə özü bilər. O, dəfələrlə bir neçə nəfərə əl tutub, köməklik edib. İddia etmirəm, həqiqətləri deyirəm”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 Yanvar 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see222

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see149

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri