“3 milyard baxışım var” Şuşa Forumunun iştirakçısından tənqidlərə cavab
Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
IV Şuşa Qlobal Media Forumuna blogerlərin dəvət olunması sosial şəbəkələrdə müzakirə mövzusu olaraq qalır.
Bakupost.az xəbər verir ki, forum iştirakçılarından olan bloger Kamran Rəzimov ünvanına səslənən tənqidlərə videomüraciətlə cavab verib.
O bildirib ki, artıq üç ildir CBC kanalında çalışır və fəaliyyətini yalnız blogerliklə məhdudlaşdırmaq düzgün deyil.
Kamran Rəzimov, həmçinin sosial şəbəkələrdəki fəaliyyətinə diqqət çəkərək, səhifələrinin ümumilikdə 3 milyard baxış topladığını bildirib.
“Elə bir adam göstərin ki, səhifələrində 3 milyard baxış olsun və ölkəsini layiqincə təmsil etməsin”, – deyə o vurğulayıb.
Qeyd edək ki, IV Şuşa Qlobal Media Forumunda jurnalistlərlə yanaşı, bir sıra bloger və rəqəmsal kontent istehsalçıları da iştirak edib. Məhz bu məsələ son günlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Elnur,
Bakupost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 15 İyul 2026 09:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















