Icma.az
close
up
RU
Qarabağın zirvəsindən qlobal mesaj: Şuşa Forumunun əhəmiyyəti

Qarabağın zirvəsindən qlobal mesaj: Şuşa Forumunun əhəmiyyəti

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Artıq 3-cü ildir keçirilən Şuşa Qlobal Media Forumu dünya ictimaiyyətinin diqqətini cəlb edən əsas platformalardan birinə çevrilib.

Bakıvaxtı.az xəbər verir ki, budəfəki Foruma 52 ölkədən 140-a yaxın xarici qonaq, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu qatılıb. "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusuna həsr olunan 3-cü Forumun iştirakçıları Xankəndidə süni intellektin xəbər istehsalı və yayımındakı artan rolu, cəmiyyətin düzgün informasiya ilə təmin olunmasında media savadlılığının əhəmiyyətinə dair müzakirələr aparırlar.

Beləliklə, tarixi Azərbaycan şəhəri Şuşa kimi Xankəndi də qlobal media məsələlərinin müzakirə olunduğu məkana çevrilib. Bu Forum, eyni zamanda, Xankəndi başda olmaqla bütövlükdə Qarabağın zəngin mədəni irsinin dünyaya təqdimatıdır.

Qeyd edək ki, Forumda Prezident İlham Əliyev beynəlxalq media nümayəndələrinin suallarını cavablandırıb. Sualların xarakterindən aydın olur ki, beynəlxalq media mənsublarını həm Cənubi Qafqazda gedən geosiyasi proseslər, eyni zamanda, qlobal dünya gündəmini əhatə edən mövzular maraqlandırır.  Habelə 30 illik işğala öz iradəsi və qətiyyəti ilə son qoyan qalib Azərbaycanın təcrübəsi xüsusi maraqla qarşılanır. Azərbaycan Prezidentinin qlobal siyasi lider kimi təcrübəsi də beynəlxalq medianın diqqət yetirdiyi əsas məsələlərdən biridir. Bu gün işğaldan əziyyət çəkən ölkələrin jurnalistləri Azərbaycan Prezidentindən uğur formulunu, siyasətin təməl prinsiplərini soruşurlar. Bu formul isə milli maraqların müdafiəsi, xalqına həmişə həqiqəti söyləmək, obyektiv və dürüst olmaq, istənilən şəraitdə beynəlxalq hüquq prinsiplərinə əməl etməkdən ibarətdir. Bu, dövlətimizin başçısının qlobal siyasi Lider kimi nüfuzundan, Azərbaycanın bütün məsələlərə beynəlxalq hüquq və ədalət prinsiplərindən yanaşdığını bir daha təsdiqləyir.

Deputat Ceyhun Məmmədov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, bu cür Forumlar Azərbaycan həqiqətlərinin təbliği, haqq sözümüzün dünyaya çatdırılması, erməni yalanlarının ifşası baxımından xüsusi önəm daşıyır.

Deputat vurğulayıb ki, Azərbaycana, Qarabağa gələn qonaqlar ölkəmizdə, işğaldan azad edilmiş ərazilərdə görülən işlərlə, eyni zamanda erməni vəhşiliyinin izi ilə yaxından tanış olurlar:

"Bu, olduqca vacib, olduqca önəmli bir məsələdir. Eyni zamanda Forumda cənab Prezident xarici ölkələri təmsil edən jurnalistlərin suallarını cavablandırarkən mühüm mesajlar da verdi, önəmli məsələlərə aydınlıq gətirdi. Söhbət Azərbaycan-Ermənistan arasındakı sülh danışıqlarından, Zəngəzur dəhlizi, Qərblə münasibətlər, Rusiya ilə gərginlik və digər məsələlər barədə öz fikirlərini açıq şəkildə bəyan etdi”.

“Deyə bilərik ki, çox səmərəli, faydalı və önəmli bir Forumun şahidi olduq” deyən C.Məmmədov hesab edir ki, hərzamanki kimi budəfəki təbbirdə də dövlətimizin başçısı dünya ictimaiyyətinin diqqətinə əhəmiyyətli məqamları birbaşa çatdırıb:

“Ən əsası isə bu istiqamətlərdə Azərbaycanın birmənalı mövqeyi açıqlandı. Forum çox mühüm mesajlarla yadda qaldı. Azərbaycanın nüfuzunun, mövqeyinin daha da güclənməsi baxımından belə Forumların mütəmadi Qarabağda təşkil olunması kifayət qədər əhəmiyyətli və vacibdir".

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 İyul 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri