Icma.az
close
up
RU
3 MİLYON BORCLU, 10 MİLYARD “YASTIQ ALTDA”... Azərbaycandan milyardları kimlər çıxarır?

3 MİLYON BORCLU, 10 MİLYARD “YASTIQ ALTDA”... Azərbaycandan milyardları kimlər çıxarır?

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son günlər Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov əhalinin “yastıq altında” saxladığı pullardan danışaraq, təxminən 10 milyard dolların dövriyyədən kənarda qalmasını iqtisadiyyat üçün ciddi problem kimi təqdim edib. İlk baxışdan bu fikir məntiqli səslənir: pul işləmirsə, iqtisadiyyat da nəfəs ala bilməz.

Amma sual budur: doğrudanmı bu pullar əhalinindir? HəqiqətənmiAzərbaycan kimi sosial-iqtisadi problemlərlə üzləşən ölkədə milyonlarla insanın evində “artıq” milyardlar yatır?

Məsələyə dərindən baxanda aydın olur ki, cənab Kazımovun işarə etdiyi 10 milyard dollar əhalinin “qara gün” üçün yığdığı vəsait deyil. Əksinə, ölkə əhalisinin böyük əksəriyyəti bu müzakirənin tamamilə kənarındadır.

Azərbaycanda təqribən 5,4 milyon nəfər əmək qabiliyyətli vətəndaş var. Bu, ümumi əhalinin yarısı deməkdir. Üstəlik, rəsmi statistikada ciddi uyğunsuzluqlar mövcuddur. Bu rəqəmin üzərinə 2,7 milyon nəfər 18 yaşadək, 1,5 milyon nəfər isə pensiya yaşında olanlar və əlillər əlavə edildikdə, ümumi say 9,6 milyon edir. Halbuki rəsmi statistikaya görə ölkədə 10,3 milyon nəfər əhali yaşayır. 700 min nəfər hara yoxa çıxıb? Bu sualın cavabı hələ də verilməyib.

İndi isə əsas məqama keçək. Rəsmi məlumata görə, Azərbaycanda 3 milyon nəfərin bank kreditləri var. Fiziki şəxslər banklardan ümumilikdə 13 milyard manata yaxın kredit götürüblər. Bunun 8,5 milyard manatı istehlak kreditləridir. Yerdə qalan 4,2 milyard manat isə ipoteka və fərdi sahibkarların biznes kreditlərinin payına düşür. Statistikaya baxdıqda aydın görünür ki, istehlak kreditləri alanlar əsas kütləni təşkil edir. Çünki ölkədə cəmi 67,7 min nəfər ipoteka krediti, təxminən 52 min nəfərə yaxın vətəndaş isə fiziki şəxs kimi biznes krediti əldə edib.

Yəni milyonlarla insan gündəlik tələbatını ödəmək üçün banka möhtacdır. Üstəlik, bu ilin ilk 9 ayında kreditlərin 500 milyon manatı problemli kreditə çevrilib.

Bu rəqəmlər bir şeyi açıq göstərir: İstehlak krediti götürən insanın “yastıq altında” pulu ola bilməz. Evində pulu olan adam bank faizinə niyə razılaşsın? Deməli, ölkə əhalisinin əhəmiyyətli hissəsi nəinki “yastıq altında” pul saxlamır, əksinə, banklara borclu yaşayır.

Amma problem yalnız bu deyil.

Daha təhlükəli məqam ondadır ki, pulu olanlar da onu ölkə daxilində saxlamırlar. Faktlar göstərir ki, Mərkəzi Bank sədrinin etiraf etdiyi kimi, vətəndaşlar banklara etibar etmir, investisiya etməkdən çəkinir.

2025-ci ilin oktyabr ayına olan məlumata görə, fiziki şəxslərin banklardakı depozitləri cəmi 15,8 milyard manatdır. Hüquqi şəxslərlə birlikdə bu rəqəm 38 milyard manata yaxınlaşır. Bu isə o deməkdir ki, iddia edilən 10 milyard dollarlıq “yastıqaltı” vəsait bank depozitlərindən belə çoxdur. Bu, normal iqtisadi sistem üçün açıq təhlükə siqnalıdır.


Səbəblər isə hamıya məlumdur.

Birincisi, banklara etimad yoxdur. Son 10 ildə Azərbaycanda 20-yə yaxın bank bağlanıb. Minlərlə insan aylarla, illərlə öz əmanətinin dalınca düşüb, məhkəmə qapılarını aşındırıb. Bu gün də Əmanətlərin Sığortalanması Fondu ilə məhkəməsi davam edən vətəndaşlar var. Belə şəraitdə kim pulunu bankda saxlayar?

İkincisi, ikiqat standartlar hökm sürür. Məmurların maliyyə məlumatları “kommersiya sirri” adı altında qorunur, deputatların belə bu bilgilərə çıxışı yoxdur. Amma adi vətəndaşın bank əməliyyatları, depozitləri, köçürmələri müxtəlif qurumlar arasında sərbəst dolaşır və çox zaman təzyiq alətinə çevrilir. İnsanlar pulunu gizlətməyə məcbur qalır.

Üçüncüsü, ölkədə normal biznes və investisiya mühiti yoxdur. Əksər sahələr monopoliyadadır, inhisarçı qrupların nəzarətindədir. Kapital yatırmaq istəyən vətəndaş ya “divara dəyir”, ya da risk altında qalır. Elə buna görə də son illər daşınmaz əmlak və avtomobil bazarında süni canlanma müşahidə olunur – insanlar pulu qorumağın başqa yolunu görmür.

Nəticədə isə kapital ölkədən qaçır.

Mərkəzi Bankın Statistika departamentinin direktoru Samir Nəsirovun açıqlamasına görə, bu ilin yanvar–sentyabr aylarında Azərbaycanın kapital və maliyyə hesabının mənfi saldosu 4,1 milyard dollar olub. Yəni ölkədən bu qədər vəsait çıxıb. Bunun bir hissəsi xarici şirkətlərin mənfəətidir, amma digər hissəsi birbaşa ölkə vətəndaşlarının çıxardığı pullardır. Təkcə 9 ayda 361 milyon dollarlıq pul baratı ölkədən çıxarılıb, bunun 100 milyon dollardan çoxu Türkiyəyə göndərilib.

Deməli, sərhədlərin bağlı olması kapital qaçışını dayandırmır. Pulun pasporta ehtiyacı yoxdur.

Əlbəttə, ölkədən milyardlar çıxaranlar sadə vətəndaşlar deyil. Kiçik sahibkar bir neçə yüz min dolları vaxtında qaytarmasa, dərhal cinayət işi açılır, həbs edilir. Son bir ildə 40-a yaxın sahibkarın həbs olunması bunun sübutudur. Amma “toxunulmazlar” rahat şəkildə pullarını London, Dubay, Paris kimi şəhərlərdə daşınmaz əmlaka, fondlara və bizneslərə yatırırlar.

Rəqəmlər isə dəhşətlidir: 2007–2013-cü illərdə – 9 milyard dollar, sonrakı 10 ildə – ildə orta hesabla 4–5 milyard dollar, təkcə 2022-ci ildə – 11,2 milyard dollar.

Ümumilikdə son 20 ildə Azərbaycandan təxminən 60 milyard dollar çıxarılıb.

Bu prosesdə bankların rolu da az olmayıb. 2012-ci ildə bağlanan “Röyal Bank”ın rəhbərliyi ölkədən 6 milyard dollara qədər vəsait çıxarmaqda ittiham olunmuşdu.

Qeyd olunanlar onu deməyə əsas verir ki, mormal biznes mühiti olmayan ölkədə pul ya yastıq altında gizlədilir, ya da ölkədən qaçırılır. Təsadüfi deyil ki, Azərbaycanda iqtisadiyyata yatırılan investisiyalar 2012-ci illə müqayisədə 3,5 dəfə azalıb. O vaxt 25 milyard dollar, ötən il isə cəmi 7 milyard dollar investisiya yatırılıb.

Bəlkə də cənab Kazımov “yastıq altı” pullardan danışmazdan əvvəl bu rəqəmlər üzərində düşünməlidir.

E. Rüstəmli
AzPolitika.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Dekabr 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see516

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see214

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see213

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see212

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see200

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see194

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see187

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see160

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see152

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri