Icma.az
close
up
RU
Altda qalanın canı çıxsın

Altda qalanın canı çıxsın

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rüstəm Qaraxanlı yazır...

İstanbulda Rusiya-Ukrayna danışıqlarının nəticəsiz bitəcəyi gözlənilən idi. Türkiyənin səmimi cəhdlərinə baxmayaraq, münaqişənin hazırkı reallıqlarda sonuclanması heç kimə sərf etmir: Rusiya tutduğu əraziləri əldən vermək niyyətində deyil, Ukrayna isə bununla razılaşmaq istəmir. Avropanın mövcud situasiya ilə barışması üçillik dirənişin fiaskosu anlamına gəlir, odur ki, Brüsselin Kiyevə maliyyə yardımı, Moskvaya isə sanksiya tətbiqi siyasəti davam edəcək - sayca 17-ci paket bu günlərdə qəbul edilib, 18-ci üzərində iş gedir. Varlığa nə darlıq?

İstanbul danışıqlarının yeganə uduzan tərəfi ABŞ Prezidenti Donald Trampdır. Səs-küylü seçki vədi - müharibəni aprel ayınadək bitirmək niyyəti - uğursuzluğa düçar oldu. Bu, Trampın beynəlxalq imicinə ciddi zərbədir, İstanbulda onun "Putin mənim dostumdur, razılaşacağıq" arqumentinin rəsmi dəfn mərasimi keçirildi. Dostluq öz yerində, ancaq onun da maksimum dörd il ömrü var. ABŞ seçkilərdən asılı dövlətdir, Trampın seçilmək limiti bitib, yaş da o yaş deyil. Güman ki, bunu özü də bilirdi, amma Yaxın Şərqə uğurlu turnesi fonunda büruzə verməməyə çalışdı. İnsafən, varlı ərəb dövlətlərinin ABŞ-yə edəcəkləri trilyonlarla dollar yatırım müzakirələri fonunda Rusiya-Ukrayna danışıqlarındakı vasitəçilik o qədər də aktual görünmürdü. Bu turne naminə Tramp əzəli müttəfiqi Netanyahu ilə belə münasibətləri sərinləşdirib, Ukrayna vaxtıdır?

Avropanın Trampın hakimiyyətə gəlişindən sonra Ukrayna siyasətində etdiyi köklü dəyişikliyin yaratdığı şokun ilkin mərhələsini dəf etdiyi görünür. Ehtimalların əksinə olaraq, "qoca qitə" Rusiya ilə qarşıdurmada monolitlik göstərməyə davam edir. Macarıstan və Slovakiya bu orkestrin heç də əsas skripkaları deyil. Odur ki, Orbanla Fitsonun mərkəzdənqaçma cəhdləri Brüsselin siyasətinə ciddi təsir etmir. Kontinental Avropa ilə tarixən ondan kənar duran və anqlosakson müstəvidə ABŞ ilə koordinasiya edilmiş mövqedən çıxış edən Britaniyanın belə bu həmrəyliyin əsas benefisiarlarından biri olması qitənin mövqelərinə əlavə güc qatır.

İndi Avropanın Ukrayna siyasəti bundan ibarətdir: nə qədər pul lazımdır, verəcəyik, ancaq siz orada möhkəm durun. Almaniyada hakimiyyətə Mertsin gəlməsi Brüsseldəki qorxuları neytrallaşdırmış oldu. Ultrasağçı və Trampın dəstəklədiyi alternativçilərin Berlində hakimiyyətə qalxma ehtimalları vahid Avropanın gözləntilərini alt-üst edə bilərdi. Merts bu təhlükənin qarşısını almağa müvəffəq oldu, üstəlik, əsas müxalifətin qanundankənar elan edilməsi ilə oyundan çıxarılması prosesinə də start verilib. Ölüm-dirim müharibəsində bütün vasitələr yaxşıdır, nə olsun ki, illərdir Avropa digərlərini məhz buna görə qınayıb? Lazım olanda özü də yararlanır. Son misal Rumıniyadır - məgər seçilmiş prezidentin haqqı Brüsseldən gələn direktivlərlə əlindən alınmadı? Məqsəd vasitəyə haqq qazandırır...

Belə görünür ki, Ukraynadakı müharibə nəinki yaxın aylarda, heç illərdə belə bitməyəcək. Avropa ya Trampın ipə-sapa yatmasını, ya da hakimiyyətinin başa çatmasını gözləyir. Maliyyə imkanları var, Ukraynaya yardımlar, Rusiyaya sanksiyalar davam edəcək. Bu işdə Brüsselin okeanın o tayında müttəfiqi də var - Konqres. ABŞ qanunvericiləri ənənəvi olaraq icraedici hakimiyyətdən fərqli mövqedədirlər və onların Trampa təzyiqləri getdikcə artacaq. İstənilən halda hər şey onların əlindən gəlib keçir. Trampın Rusiya ilə yumşaq güc siyasəti təmsil etdiyi Respublikaçılar Partiyasında belə çoxlarının ürəyincə deyil. Rusiya Prezidenti Vladimir Putinin İstanbula gəlməməsi, rus nümayəndə heyətinin isə maksimalist mövqedən çıxış etməsi Avropanın ürəyindən keçən idi: qoy Tramp görsün ki, böyük siyasətdə heç də hər şey dostluqla ölçülmür. Elə bu səbəbdən idi ki, Zelenski "ya Putinlə danışacağıq, ya da ümumiyyətlə razılaşmayacağıq" deyirdi. İstanbuldan bir neçə gün öncə Ukraynada keçirilmiş rəy sorğusunda onun reytinqinin haradasa 70 faizə bərabər olduğu üzə çıxmışdı: bu da Trampın "Zelenskinin ölkəsində nüfuzu yoxdur" arqumentinə sanballı cavab!

Avropanın bugünkü siyasəti vaxtilə ABŞ-nin SSRİ-yə qarşı tətbiq etdiyinin "copy paste"idir. Müharibə davam etdikcə, Rusiya əldən düşməlidir, necə ki Əfqanıstanda bunu SSRİ yaşadı. Vaşinqtondan bu siyasətə güclü dəstək var: Konqres Trampa əks getməyə davam edəcək. İndi, sadəcə, gözləmək vaxtıdır - onun hakimiyyəti dörd illə çərçivələnir. İstanbulda da hesablar, əsasən, bu yönümdə idi: Rusiyanın danışıqlara meyilli olmamasını Tramp da görməli və nəhayət, Moskvaya qarşı əsas "kozır"ı - rüsum siyasətini işə salmalıdır. Ekspertlərə görə, söhbət Rusiya neftini alan dövlətə qarşı nə az, nə də çox - düz 500 faizlik rüsumdan gedir. Vaşinqtonun Pekinə qarşı tarif siyasəti birbaşa keçmədisə, bu yolla daha effektiv ola bilər. Di alın görüm, Rusiya neftini necə alırsınız.

Bu qlobal avantürada gerçək uduzan bir tərəf var: Ukrayna xalqı və dövləti. O da ki, necə deyərlər, suda batanın xilası yalnız onun öz problemidir. Rusiya istədiyini əldə edib, Tramp Ukraynanın faydalı qazıntıları və atom elektrik stansiyasına nəzarəti ələ keçirib. Bir az Avropa pul itkisinə məruz qalır, o da ki, necə deyərlər, pulu xərcləmək üçün qazanırlar. Ələlxüsus da söhbət şəxsi təhlükəsizlikdən gedirsə. Vay ayaq altında qalanın halına...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 May 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri