Icma.az
close
up
RU
3 oktyabr 1993: Heydər Əliyevin Prezident seçilməsi və müstəqil Azərbaycanın tarixi dönüş nöqtəsi

3 oktyabr 1993: Heydər Əliyevin Prezident seçilməsi və müstəqil Azərbaycanın tarixi dönüş nöqtəsi

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

1993-cü il 3 oktyabr tarixi Azərbaycan dövlətçiliyi tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Həmin gün keçirilmiş ümumxalq səsverməsi nəticəsində Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu hadisə təkcə siyasi rəhbər dəyişikliyi deyil, eyni zamanda, müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın gələcək inkişaf trayektoriyasının müəyyən edilməsi baxımından da fundamental əhəmiyyətə malik idi. 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan, 1993-cü ilin ortalarına qədər dərin siyasi, sosial və iqtisadi böhranla üz-üzə qalmışdı. Separatizmin güclənməsi, hakimiyyət boşluğu, iqtisadi durğunluq və vətəndaş qarşıdurmaları dövlət institutlarını zəiflətmiş, ölkənin suverenliyini ciddi təhdid etmişdi. Məhz belə bir şəraitdə xalqın çağırışı və ümumxalq iradəsi ilə Heydər Əliyev 1993-cü ilin iyun ayında Bakıya dəvət olundu, oktyabrda isə konstitusiya yolu ilə Prezident seçildi. Onun Prezident seçilməsi ilə Azərbaycanda siyasi sabitlik, dövlət idarəçiliyində ardıcıllıq və milli strateji kurs bərqərar oldu. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanda müasir dövlətçilik fəlsəfəsi formalaşdı. O, dövlətçiliyin əsas prinsiplərini – müstəqillik, hüququn aliliyi, milli maraqların qorunması və vətəndaş rifahı kimi meyarlarla təyin etdi. Bu prinsiplər sonradan Azərbaycanın siyasi və hüquqi sisteminin əsas təməl daşlarına çevrildi. Onun "Azərbaycanın dövlət müstəqilliyi əbədidir və dönməzdir" fikri dövlət siyasətinin ideoloji istiqamətini müəyyən edən əsas tezis kimi qəbul edildi. Prezident Heydər Əliyev qanunvericilik bazasının təkmilləşdirilməsi, məhkəmə-hüquq sisteminin islahı, dövlət idarəçiliyində şəffaflıq və məsuliyyətin artırılması istiqamətində sistemli islahatlar həyata keçirdi. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası onun hüquqi dövlət quruculuğundakı rolunun ən mühüm nəticələrindən biri oldu. Yeni Konstitusiya Azərbaycan dövlətinin demokratik, hüquqi və dünyəvi əsaslar üzərində qurulmasını rəsmiləşdirdi. Heydər Əliyev Prezident seçildikdən sonra iqtisadi sahədə də əsaslı dəyişikliklər baş verdi. Dövlət mülkiyyətinin özəlləşdirilməsi, sərbəst bazar iqtisadiyyatına keçid, xarici investisiyaların cəlbi və beynəlxalq iqtisadi əlaqələrin qurulması onun həyata keçirdiyi iqtisadi siyasətin əsas istiqamətləri idi. Xüsusilə 1994-cü ildə imzalanan "Əsrin Müqaviləsi" Azərbaycanın enerji strategiyasını formalaşdırdı və ölkənin beynəlxalq iqtisadi məkanla inteqrasiyasını sürətləndirdi. Ulu Öndərin rəhbərliyi dövründə ölkədə ictimai-siyasi sabitlik bərqərar oldu, separatçılıq və daxili qarşıdurmaların qarşısı alındı, ordu quruculuğu prosesi gücləndirildi. Azərbaycanın bütün bölgələrində mərkəzi hakimiyyətin təsiri və idarəetməsi bərpa edildi. Heydər Əliyev milli həmrəyliyi və azərbaycançılıq ideologiyasını təbliğ etməklə cəmiyyətdə birliyin möhkəmləndirilməsinə nail oldu. Heydər Əliyevin xarici siyasət kursu balanslaşdırılmış və çoxşaxəli idi. O, Azərbaycanın həm Qərb, həm də Şərq ölkələri ilə bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmasına nail oldu. Azərbaycanın beynəlxalq təşkilatlarda iştirakı genişləndi, ölkənin siyasi nüfuzu gücləndi. 1993-cü il 3 oktyabr seçkiləri ilə Azərbaycan tarixində yeni mərhələ başlandı. Heydər Əliyevin Prezidentliyi dövründə həyata keçirilən siyasi, hüquqi, iqtisadi və ideoloji islahatlar Azərbaycanın müstəqil, sabit və dinamik inkişaf edən dövlətə çevrilməsində həlledici rol oynadı. Bu gün Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınan, güclü iqtisadiyyata və möhkəm dövlət institutlarına malik müasir dövlət kimi mövcudluğu, 1993-cü ildən başlanan dövlət quruculuğu prosesinin tarixi uğurudur. Heydər Əliyevin siyasi kursu və dövlətçilik fəlsəfəsi bu gün də Azərbaycan rəhbərliyi tərəfindən uğurla davam etdirilir və ölkənin gələcək inkişafının əsas zəmanətidir.
Kənan Quliyev,
YAP Laçın rayon təşkilatının məsləhətçisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Oktyabr 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see9599

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see561

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see264

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see234

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see232

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see195

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see167

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see160

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see156

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see138

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see138

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see134

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see130

Astarada Eko Festival keçirilib, yerli turizm məhsulları tanıdılıb

15 Noyabr 2025 14:26see128

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

15 Noyabr 2025 15:49see127

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

15 Noyabr 2025 14:43see127

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see122

Premyerada gözlənilməz an: Şakiranın övladları hər kəsi heyrətləndirdi VİDEO

15 Noyabr 2025 02:07see121

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

15 Noyabr 2025 17:28see120

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri