Icma.az
close
up
RU
Heydər Əliyevin prezident seçilməsi Azərbaycanın qurtuluş və sabitlik yolunun başlanğıcı oldu

Heydər Əliyevin prezident seçilməsi Azərbaycanın qurtuluş və sabitlik yolunun başlanğıcı oldu

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

“1993-cü ilin 3 oktyabrı Azərbaycan xalqının yaddaşında dönüş və xilaskar gün kimi qalmaqdadır. Həmin gün keçirilən ümumxalq seçkilərində Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi və bu hadisə ölkəmizin müasir tarixində yeni bir mərhələnin başlanğıcı oldu”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb.

Nicat İsmayılov

“1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan çox ağır, mürəkkəb və ziddiyyətli bir dövrdən keçirdi. Dövlət idarəçiliyində səriştəsizlik, daxili siyasi çəkişmələr, separatçılıq və hərc-mərclik ölkəni parçalanma təhlükəsi ilə üz-üzə qoymuşdu. Qarabağda müharibə getdiyi bir vaxtda ölkə daxilində anarxiya hökm sürür, vətəndaş müharibəsi təhlükəsi real xarakter alırdı. 1991–1993-cü illər müstəqil dövlətimizin ən çətin, ağrılı illəri kimi tarixə düşmüşdür.

Bu dövrdə xalq yaxşı dərk edirdi ki, Azərbaycanı xilas edəcək yeganə qüvvə Heydər Əliyev kimi böyük siyasi təcrübəyə malik, iradəli və uzaqgörən bir liderdir. Xalqın çağırışı ilə 1993-cü ilin iyununda hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev, qısa müddətdə ölkədə sabitlik yaratdı, parçalanma təhlükəsini aradan qaldırdı və dövlətin gələcək inkişaf yolunu müəyyənləşdirdi. 3 oktyabrda keçirilən seçkilərdə onun Prezident seçilməsi isə bu xilaskarlıq missiyasının hüquqi təsdiqi oldu”-deyə politoloq qeyd edib.

Nicat İsmayılov vurğulayıb ki, Heydər Əliyev Prezident seçildikdən sonra ilk növbədə dövlətin əsas sütunlarını möhkəmləndirməyə başladı: “Heydər Əliyev müstəqil dövlət quruculuğu prosesini başlatdı, hüquqi və demokratik əsasların formalaşdırılması üçün ardıcıl islahatlar həyata keçirdi. Azərbaycanın siyasi suverenliyi möhkəmləndi, iqtisadiyyatın inkişafı üçün strateji qərarlar qəbul edildi, xalqın rifahını yüksəldəcək mühüm addımlar atıldı”.

Nicat İsmayılov bildirib ki, müstəqilliyin qorunması və möhkəmləndirilməsi, Ulu öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq və onu sarsılmaz etmək oldu.

“Heydə Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz beynəlxalq aləmdə layiqli mövqe qazandı, xarici dövlətlərlə münasibətlərdə etibarlı tərəfdaş kimi tanındı. Məhz bu illərdə Azərbaycanın gələcək inkişafının təməlini qoyan “Əsrin müqaviləsi”nin imzalanması və digər mühüm tarixi qərarlar gerçəkləşdi.

Heydər Əliyev xalqına sədaqətlə xidmət edən, həyatını Azərbaycan dövlətçiliyinə həsr etmiş bir lider idi. Onun qətiyyəti, uzaqgörənliyi və xalqına olan sevgisi nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən xilas oldu. O, yalnız ölkə daxilində deyil, bütün dünyada böyük dövlət xadimi kimi qəbul edildi”-deyə Nicat İsmayılov əlavə edib.

Qeyd edək ki, 3 oktyabr 1993-cü il, Ümummilli Lider Heydər Əliyevin Prezident seçilməsi Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Bu hadisə xalqımızın qurtuluşunun, müstəqilliyimizin qorunmasının, dövlətçiliyimizin möhkəmlənməsinin başlanğıcı idi. Ulu öndər Heydər Əliyevin siyasi irsi bu gün də Azərbaycan xalqının yolunu işıqlandırır və müstəqil dövlətimizin inkişafının möhkəm əsasını təşkil edir.

İradə Cəlil,Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 03 Oktyabr 2025 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see184

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri