Icma.az
close
up
RU
Menu

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

3 ölkə liderlərinin yanaşı dayanması dünyaya açıq mesajdır...

3 ölkə liderlərinin yanaşı dayanması dünyaya açıq mesajdır...

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlar, müəyyənləşdirdiyi regional siyasi inkişaf xətti bölgənin sülh və əməkdaşlıq məkanına çevrilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Beşinci Antalya Diplomatiya Forumunda aparılan müzakirələr dövlətimizin nəinki Cənubi Qafqazda, o cümlədən Avropa məkanında mühüm önəmini bir daha təsdiqləmiş oldu.

Axar.az xəbər verir ki, bu sözləri deputatı Samir Vəliyev deyib.

O bildirib ki, Forum yaşadığımız və bizə yaxın coğrafiyalarda kataklizmlərin gücləndiyi bir dövrdə geostrateji stabilliyin düstürunu müəyyənləşdirməyə çalışdı:

“Bu düstur daha çox Azərbaycan Prezidenti İlham Əliyevin Antalya Diplomatiya Forumu çərçivəsində keçirdiyi görüşlərlə izah edilir. Məsələn, dövlət başçımızın aprelin 17-də Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü zamanı səsləndirilən fikirlər Bakının Yaxın Şərqdə gedən yeni stabilləşmə prosesindəki mövqeyini ortaya qoydu. Müzakirələrdə Suriyada baş vermiş dəyişikliklərdən sonra ölkələrimiz arasında münasibətlərin inkişafı ilə bağlı konkret addımların atıldığının vurğulanması təsadüfi sayıla bilməz. Bu sırada əsas mövqe təbii ki, enerji sahəsindəki əməkdaşlığa söykənir. Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçirilməsi Suriyanın enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, ümumilikdə bu ölkənin inkişafında önəmli rol oynayır. Bu fakt bir daha Bakının yeni inkişaf perspektivində Qlobal Cənubun tərkib hissəsi olan Yaxın Şərqdə gedən proseslərdəki aktiv iştirakını təsdiqləyir.

Məlumdur ki, Bakı və Ankara TDT-nin aparıcı simalarından sayılırlar və təşkilatın yeni nizamda mühüm bir mövqe tutması üçün səy göstərirlər. Antalya Forumu həm də bu mənada xüsusi əhəmiyyət daşıyır. Fərqli ölkələrdə iqtidarın dəyişməsi isə təşkilata münasibətdə fərqlilik yaratmır - bütün dövlətlər anlayırlar ki, Şuşa Bəyannaməsi üzərindən formalaşan yeni regional təhlükəsizlik konsepsiyası dolayısı ilə TDT-nin təhlükəsizlik doktrinasıdır. Bu doktrina yeni münasibətlər sisteminin müəyyənləşməsində əsas açardır - Yaxın Şərqdə yaşanan problemlərin həlli prosesində, sülh danışıqları və ya sülh tənzimləmələri zamanı, regionla bağlı qlobal dəyərləndirmələrin müzakirəsində bu konseptual sənəd vacib şərt kimi nəzərə alınır. ADF bu birliyin, dolayısı ilə yeni nizamda artıq ətrafında güc mərkəzi formalaşdırmış perspektiv təşkilatın maraqlarının diqqətə alınmasının vacibliyini ortaya qoydu. Burada da Azərbaycan amili ön plandadır - Bakı stabilləşdirici faktor kimi təşkilatın Şərq-Qərb təmərküzləşməsinin əsas dayaq nöqtəsi sayılır”.

Millət vəkilinin sözlərinə görə, Bakı yeni mərhələdə türk dünyasının Qərblə əlaqələrinin daha da güclənməsi yönündə yorulmaz səy nümayiş etdirir:

“Bu isə analoji əlaqələrin daha da güclənməsi perspektivini formalaşdırır. ADF çərçivəsində aparılan müzakirələr də bunu təsdiqləyir. Azərbaycanın müəyyənləşdirdiyi siyasi xətt nümunə hesab olunur”.

Samir Vəliyevin fikrincə, Forumun ən diqqətçəkən məqamlarndan biri də Azərbaycan-Türkiyə-Pakistan qardaşlığının növbəti təcəssümüdür:

“Forumun açılış mərasimindən öncə bu 3 ölkənin liderinin yanaşı dayanması bütün dünyaya açıq mesajdır: “Üç ölkə arasındakı çoxşaxəli əlaqələr mühüm sahələri əhatə etməklə yanaşı, strateji məsələlərdə qarşılıqlı dəstəyin nümayişi həm də mühüm güc mərkəzi kimi çıxış etməyə imkan yaradır. Bunun nəticəsidir ki, bu üç ölkənin dövlət və hökumət başçıları, rəsmi strukturları, ictimai-siyasi sektoru arasında mütəmadi müzakirələr aparılır, fikir mübadilələri həyata keçirilir, birgə layihələr icra olunur. 3 dövlətin birliyi regional təhlükəsizliyin təmini üçün də əsaslı xəttdir - hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi istehsalat sahələrində Azərbaycan, Pakistan və Türkiyənin üçtərəfli əməkdaşlıqlarının inkişaf perspektivləri bölgənin təhlükəsizlik seqmentinin inkişafına töhfə verir. Beləliklə, yeni iqtisadi-siyasi münasibətlərin formalaşdığı hazırki zamanda dövlətlərimizin maraqlarını bir daha uzlaşdırması, münasibətlərin fərqli konturlar üzrə təmərküzləşdirilməsi vacib şərt kimi meydana çıxır. Nümayiş etdirilən Türkiyə, Pakistan və Azərbaycanın strateji müttəfiqliyi regional inkişafın yeni mərhələsində aparıcı güc mərkəzi kimi çıxış edir. Bu güc mərkəzi isə öz növbəsində təhlükəsizlik, inkişaf və tərəfdaşlığın yüksəlməsinə töhfələr verir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://axar.az
archiveBu xəbər 22 Aprel 2026 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see267

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see265

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see247

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see244

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see240

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see227

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see224

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see220

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see219

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see216

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see212

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see210

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see206

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see206

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see204

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see190

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see185

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see185

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see179

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri