Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

3 ölkə açıq şəkildə tərəfini SEÇDİ

3 ölkə açıq şəkildə tərəfini SEÇDİ

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, İsrailin hücum təhdidlərindən sonra gecə saatlarında İrana hava zərbələri endirilib. 

Hücum nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri, İnqilab Keşikçiləri Korpusunun komandanı Hüseyn Səlami və tanınmış bir nüvə alimi həyatını itirib. Hücumun ardından dünyanın bir çox ölkələrindən hadisəyə dair rəsmi açıqlamalar verilib.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İsrailin İrana hücumlarından əvvəl əməliyyatdan xəbərdar olduğunu, lakin Vaşinqtonun hücumda birbaşa iştirak etmədiyini bildirib:

 “İran cavab verərsə, ABŞ həm özünü, həm də İsraili müdafiə edəcək”.

Hücumdan sonra Almaniyadan diqqətçəkən bir açıqlama gəlib. Almaniya “İsrailin öz varlığını və vətəndaşlarının təhlükəsizliyini müdafiə etmək haqqını bir daha vurğulayırıq”,- deyib.

Fransanın xarici işlər naziri Jan-Noel Barrot İsrailin İrana hücumu ilə bağlı bunları deyib: 

"Biz Beynəlxalq Atom Enerjisi Agentliyinin bu yaxınlarda qəbul etdiyi qətnamə də daxil olmaqla, İranın nüvə proqramı ilə bağlı ciddi narahatlığımızı dəfələrlə ifadə etmişik. İsrailin hər hansı bir hücuma qarşı özünü müdafiə etmək hüququnu bir daha bəyan edirik. Gərginliyi azaltmaq üçün bütün diplomatik kanalları səfərbər etmək vacibdir. Fransa buna öz töhfəsini verməyə tam sadiqdir".

Hücumla bağlı açıqlama verən NATO-nun baş katibi Mark Rutte İsrailin İrana genişmiqyaslı hava hücumları ilə bağlı bildirib ki, bütün müttəfiqlər, xüsusilə də ABŞ regionda böhranın dərinləşməsinin qarşısını almaq üçün təcili tədbirlər görməlidir. Rutte hücumun birtərəfli olduğunu və gərginliyin azaldılmasının “əsas prioritet” olduğunu bildirib.

İsrailin hücumuna Türkiyə də reaksiya verib. Xarici İşlər Nazirliyinin bəyanatında aşağıdakı ifadələr yer alıb:

"İsrailin İrana qarşı hava hücumlarını ən sərt şəkildə qınayırıq. Beynəlxalq hüququ açıq şəkildə pozan bu hücum İsrailin regionda strateji sabitliyi pozan siyasətinə xidmət edən təxribatdır. Hücumların İranın nüvə proqramı ilə bağlı danışıqların intensivləşdiyi bir vaxtda baş verməsi onu göstərir ki, Netanyahu hökuməti heç bir məsələnin diplomatik yollarla həllini istəmir və öz maraqlarına uyğun olaraq regional sabitliyi və qlobal sülhü riskə atmaqdan çəkinmir. 

İsrail öz maraqlarına uyğun olaraq, daha böyük münaqişələrə səbəb ola biləcək təcavüzkar hərəkətlərinə dərhal son qoymalıdır. Biz Yaxın Şərqdə daha çox qan və dağıntı görmək istəmirik. Biz beynəlxalq ictimaiyyəti müharibənin yayılmasının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırırıq”.

Ermənistan Xarici İşlər Nazirliyi isə rəsmi sosial media hesabında bunları paylaşıb:

"İrana birtərəfli hücum son dərəcə narahatlıq doğurur. Xüsusilə danışıqların növbəti raundu ərəfəsində bu hücum dinc səylərə, eləcə də ümumi regional sabitliyə və qlobal sülhə təhlükə yaradır. Biz bu cür hərəkətləri pisləyir və hərbi əməliyyatları dərhal dayandırmağa və beynəlxalq hüquq normalarına riayət etməyə çağırırıq".

Əfsanə Rəcəb
"Cebheinfo.az" 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 İyun 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see345

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see325

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see304

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see293

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see282

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see267

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see255

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see244

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see240

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see224

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see220

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see216

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see209

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see209

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see195

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see185

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see173

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see170

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri