3 ölkədən Ukraynaya dəstək
Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.
Danimarka, Norveç və İsveç NATO-nun “Ukraynanın Prioritet Ehtiyaclar Siyahısı” adlı yeni mexanizminə qoşulublar.
Metbuat.az xəbər verir ki, bu ölkələr proqram çərçivəsində Ukraynaya ABŞ istehsalı olan silah və avadanlıqların tədarükünü əhatə edən 500 milyon dollarlıq paketi maliyyələşdirəcək. Bu barədə NATO bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, yeni mexanizm Ukraynada sülh səylərinin davam etdiyi bir vaxtda Kiyevi mümkün olan ən güclü mövqeyə qoymaq məqsədi daşıyır.
NATO-nun baş katibi Mark Rutte bu qərara görə Danimarka, Norveç və İsveçi təqdir edib. Rutte bəyan edib ki, bu maliyyə Ukraynanın davamlı sülhə nail olmaq cəhdində təcavüzün qarşısını almağa kömək edəcək.

İki ölkədən Ukraynaya milyard dollarlıq zəmanət
25 Dekabr 2024 01:48
Bu ölkədən Ukraynaya 25 milyon avroluq yardım
07 Dekabr 2024 11:27
Dörd ölkədən Ukraynaya əngəl: NATOda görmək istəmirlər
04 Dekabr 2024 09:39
Daha bir ölkədən Ukraynaya sensasion ərazi iddiası
30 Yanvar 2025 21:58
Bu ölkədən Ukraynaya 1,6 milyardlıq hərbi yardım paketi...
31 Mart 2025 22:15

