İki ölkədən Ukraynaya milyard dollarlıq zəmanət
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Dünya Bankının İnkişaf siyasətinə dəstək proqramı çərçivəsində 1 milyard dollar alıb.
Oxu.Az "RBK Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal məlumat verib.
Ölkənin Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Ukraynaya Yaponiya və Böyük Britaniya hökumətlərinin zəmanəti ilə müvafiq olaraq 567 milyon dollar və 483 milyon dollar ayrılıb.
"Cəlb edilmiş vəsait Ukraynada iqtisadi inkişaf potensialının artırılmasına və dövlət büdcəsinin sosial və humanitar xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək", - maliyyə naziri Sergey Marçenko qeyd edib.

Ukrayna iki ölkədən bir milyard dollar alıb
24 Dekabr 2024 22:38
ABŞdan Ukraynaya 9,3 milyard dollarlıq yardım
13 Noyabr 2024 15:23
Azərbaycan bu ölkədən 1.5 milyard dollarlıq qızıl aldı
09 Fevral 2025 10:54
ABŞ son iki ildə Ukraynaya 62 milyard dollarlıq hərbi dəstək göstərib
08 Dekabr 2024 05:12

