Icma.az
close
up
RU
3 yaşlı uşaq anasız qaldı: Nəzrinin ailəsi hər şeyi danışdı VİDEO

3 yaşlı uşaq anasız qaldı: Nəzrinin ailəsi hər şeyi danışdı VİDEO

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Arzunun vaxtı” verilişinin yeni buraxılışı yayımlanıb.

Gununsesi.info Baku TV-yə istinadla xəbər verir ki, verilişin budəfəki sayında aparıcı və müəllif Arzu Kəlbi burun əməliyyatından sonra komaya düşüb, yanvarın 12-də vəfat edən Nəzrin Mansurovanın evində olub.

Mərhumun bacısı Nərmin Paşabəylinin sözlərinə görə, bu, Nəzrin Mansurovanın ilk əməliyyatı imiş:

“Bacımın sağlamlığı ilə əlaqədar heç bir şikayəti olmayıb. Yanvarın 3-də əməliyyat olundu, 4-ü isə səhər saatlarında evə buraxıldı. Narkozdan ayılandan sonra kəskin başağrıları var idi. Ayın 4-də axşama doğru ağrıları kəskinləşdi, səhərə yaxın qusmağa başladı. Daha sonra vəziyyəti tamamilə pisləşdi. Bacım evini, uşağını tanımadı, tam anlaqsız vəziyyətdə idi”.

N.Paşabəyli qeyd edib ki, bacısı əməliyyatdan 35 gün əvvəl müayinə olunub, həkim bu nəticələrə əsasən Nəzrini əməliyyat edib:

“O bizi əmin edirdi ki, hər şey normaldır. Sonra Nəzrini başqa xəstəxanaya apardıq. Sənan doktor həmin xəstəxanaya gəldi, Nəzrinin analizlərinə baxdı, “Hər şey normaldır” dedi. Amma biz bilirdik ki, bacımı itirəcəyik. Üç yaşında bir qızı var, dekabr ayında övladının 3 yaşını qeyd etdik. Belə olacağını təsəvvür etməmişdik. Qızının “Anam haradadır” sualına cavab tapa bilmirik. O, anasının sağalmağa getdiyini və qayıdacağını düşünür. Hələ ki heç birimiz özümüzdə cəsarət tapıb qızına anasının öldüyünü deyə bilmirik”.

N.Mansurovanın atası isə insanları estetik əməliyyatlardan uzaq durmağa çağırıb:

“Sosial mediadakı yalançı reklamlara son qoyulmalıdır. Ətrafdan kimsə sizə “burnun əyridir” desə də, onlara fikir verməyin. Heç kimin burnu əyri deyil. Ona görə özünüzü ölümün pəncəsinə atmayın”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 24 Yanvar 2025 02:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see225

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see221

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see211

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see186

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see184

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see179

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see160

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see158

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see155

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see155

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see145

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri