Icma.az
close
up
RU
Nəzrinin ailəsi: “Həkim yalan xəbərlər yayır”

Nəzrinin ailəsi: “Həkim yalan xəbərlər yayır”

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Mərcan klinikası"nda plastik-cərrah Sənan Mehdiyev tərəfindən əməliyyat olunan və bir neçə gün sonra dünyasını dəyişən 29 yaşlı Nəzrin Mansurovanın ailəsi "Baku TV"yə açıqlama verib.

“Cebheinfo.az” xəbər verir ki, Nəzrinin bacısı Nərmin Paşabəyli plastik-cərrah S.Mehdiyevin bacısı haqda yalan məlumatlar yaydığını bildirib. O qeyd edib ki, Nəzrin ilk dəfədir əməliyyat etdirirmiş:

"Nəzrin ilk dəfə idi narkoz alırdı. Bu günə qədər əməliyyat keçirməmişdi. Həkim yalandan xəbər yayır ki, üçüncü əməliyyatıdır. 3 yanvar günortadan sonra əməliyyat olundu, 4-də evə buraxıldı. Kəskin baş ağrılarından şikayət edirdi. Həkimlə birbaşa danışmaq mümkün deyildi, köməkçisi deyirdi ki, normaldır. Güclü ağrıları oldu, Təcili Yardım ağrıkəsici verdi. Yanvarın 4-də səhər halı lap pisləşdi. Təcili yardım həkimləri onu yaxşılaşdırmağa çalışırdılar. Həkimin köməkçisinə nə qədər izah etməyə çalışdıq ki, Nəzrin pisdir. Sənan həkimlə qətiyyən danışmaq mümkün deyildi. Köməkçi deyirdi biz dediklərimizi edin, düzələcək. Onun bəlkə də heç tibb təhsili yoxdu. Təcili Yardım həkimləri yığdı köməkçini, dedi, bəlkə biz onlara vəziyyəti izah edə bilərik. Dedilər ki, həkimə deyin vəziyyət pisdir. Sənan həkim zəng vurdu, işçilər izah etdi vəziyyəti. Nəzrin övladını da, bizi də tanımırdı, qeyri-adekvat hərəkətlər edirdi.

Əməliyyatdan 35 gün əvvəl müayinə olunmuşdu. Axşam yenə zəng etdik ki, pisdir axı. Bizi arxayın edir ki, normaldı, evdə saxlayın, sabah baxarıq nə olacaq. Biz də saxlamadıq, başqa xəstəxanaya apardıq. 40 dəqiqə içində şok keçirtdi, yavaş-yavaş beyin öldü, bir-iki gün də ürək döyüntüsü bitdi. Nəzrin həkim seçəndə heç araşdırmadı. Deyirdi, 10 ilin həkimidir. Biz bilirik ki, Nəzrin kliniki ölüm keçirdib, gəlib Sənan həkim deyir ki, hər şey normaldır. Hər şeyi üstündən atıb, deyir, beyin sınığı olmayıb. Hətta deyir ki, əməliyyatlı burundu. Amma deyil, o heç vaxt etdirməmişdi.  Nəzrinin 29 yaşı var idi, övladının 3 yaşı. Qızı səhərə qədər anasını istəyir".

Nəzrinin atası Aydın Abışzadə "Həmin həkimlə üz-üzə gəlmək istəmirəm. Heç nəyi boynuna almır. Hələ durub saxta məlumat paylaşır ki, üçüncü əməliyyatdır. Nəzrin bu günə kimi heç vaxt əməliyyat edilməyib. 4 min manat pul ödəyib" sözlərini əlavə edib.  

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:301
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Yanvar 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri