30 35 il prezident olmayacağam, inanın mənə
Icma.az bildirir, Milli.az portalına istinadən.
Ukrayna Prezidenti Volodimir Zelenski BBC-yə müsahibəsində bildirib ki, ölkəni 30 il idarə etmək fikrində deyil.
Milli.Az xəbər verir ki, Zelenskinin sözlərinə görə, əsas məsələ üzərinə düşən işi sona çatdırmaq və özünə olan hörməti qorumaqdır.
"Mən 30 il, ya da 35 il prezident olmayacağam. İnanın mənə, olmayacağam", - deyə o qeyd edib.
Zelenskinin prezidentlik müddəti ötən ilin mayında başa çatıb. Konstitusiyaya görə, bu zaman yeni seçkilər təyin olunmalı idi. Lakin ölkədə hərbi vəziyyətin davam etməsi səbəbindən seçkilər keçirilməyib.
Amerikalı bloqqer Leks Fridmana verdiyi başqa bir müsahibədə isə Zelenski deyib ki, Rusiya ilə müharibə bitməyənə qədər seçkilərdən danışmaq düzgün deyil. Onun fikrincə, indi ölkənin əsas problemi müharibə ilə bağlı məsələlərdir. Buna baxmayaraq, o etiraf edib ki, münaqişə başa çatdıqdan 90 gün sonra prezident seçkiləri keçirilə bilər.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 12 İyul 2025 21:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















