Kilian Mbappe: Prezident olmayacağam, mənə kifayət qədər nifrət edirlər
Icma.az, Moderator.az saytına istinadən bildirir.
Fransa millisinin və İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kilyan Mbappe gələcəkdə siyasətə qoşulacağı və prezident seçkilərində iştirak edəcəyi ilə bağlı yayılan fikirlərə münasibət bildirib.
Moderator.az xəbər verir ki, hücumçu bu barədə “Le Parisien” nəşrinə müsahibəsində danışıb.
Gələcəkdə siyasətə atılmaq ehtimalı ilə bağlı sualı cavablandıran K.Mbappe prezident olmaq niyyətində olmadığını bildirib:
“Narahat olmayın, mən prezident olmayacağam. Mənə kifayət qədər nifrət edirlər”, – deyə o qeyd edib.
Qeyd edək ki, Fransa millisi 2026-cı il dünya çempionatında I qrupunda mübarizə aparacaq. Didye Deşamın rəhbərlik etdiyi komanda qrup mərhələsində Seneqal, İraq və Norveç yığmaları ilə qarşılaşacaq.
Baxış sayı:128
Bu xəbər 15 İyun 2026 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















