Icma.az
close
up
RU
30 il haylara nəfəslik olan İran: Buynuzlu qoç, dəmir darvaza dramı

30 il haylara nəfəslik olan İran: Buynuzlu qoç, dəmir darvaza dramı

Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bütün tərəqqipərvər insanlar kimi mən də molla- fars rejiminin devrilməsini dəstəkləyirəm. 1979-cu cu ildən bu günə qədər çoxmillətli İran dövlətinin yaratdığı həbsxana rejimi bir gün bitəcəyinə əmin idim. Sovet höküməti kimi “xalqların həbsxanası” adlanan rejim çökdüsə, molla-fars rejimi niyə də çökməsin. İanın hazırda bombalanmasının görünən tərəfi İsrail olsa da , görünməyən tərəfin ABŞ olduğu məlumdur. Yəni, okeanın o üzündə dəstəklənməyən heç bir olay gerçəkləşməz.

Bu olayın da gerçəkləşməsində ABŞ-ın fəaliyyəti , dəstəyi danılmazdır.

( Bura hayların işğal etdiyi, farsların yük avtomobilləri ilə ağ daşını talan etdiyi Ağdamdır. Farsların Qarabağın şəhər və kəndlərinin sökülüb, İrana daşınmasında müstəsna rolu var )

İran klip çəkdirib, Azərbaycana “səni əzib keçərəm” mesajları verəndə, Azərbaycanın İsrail dövləti ilə diplomatik əlaqələrini, əməkdaşlığını hədəf alanda Ermənistanın baş naziri N.Paşinyan hküməti Ağ evdə ABŞ ordusunun Qafqazda hərbi təlim keçirməsi ilə bağlı razılıq imzalayırdı.
2023-cü il. SEPAH-ın "Telegram" kanalı Azərbaycanı hədələyən video yaydı.Video bu dəfə Azərbaycan rəhbərinə ünvanlanmışdı.
SEPAH-ın media resursu videonun altındakı mətndə həyasızcasına Azərbaycan Prezidentinə mesaj göndərmişdi: “Əliyev bilsin ki, ərazi bütövlüyünü qorumaq qırmızı xətlərimizdir!"

(İranın öz TV və sosial şəbəkə  kanalları tam 30 il  Ermənistana və işğaldakı Qarabağa (qondarma artsax respublikası) TIRlar vasitəsi ilə ərzaq, neft və silah daşıdığını sübut edirdilər) 

Eyni vaxtda, videoda İran raketlərinin buraxılması və nəqliyyat təyyarəsinə minən komandolarla (Azərbaycan ərazisinə enmək üçün) yanaşı, Ermənistanın xəritəsi də əks olunub. Azərbaycanın tarixi bölgəsinə - Sovet hakimiyyətinin ilk illərində Ermənistana verilmiş və hazırda Sünik rayonu adlanan Zəngəzura xüsusi vizual diqqət yetirilirdi. Bu o demək idi ki, Ermənistanın təhlükəsizliyi İslam Respublikasının təhlükəsizliyinə bərabərdir.

Bax, elə bu “xəbərdarlıqdan” az sonra son yüz ildə Qafqazda olmayan bir olay oldu. Rusiyanın və İranın əbədi düşməni ABŞ Ermənistanla “Eagle Partner 2024” adlı birgə təlimlərə başladı. ABŞ-nin Avropa və Afrikadakı ordusunun və Kanzas Milli Qvardiyasının hərbçiləri SEPAH-ın burnunun dibində “gözdağı” bir təlim prosesi başlatdı.

 (Qafqazdakı ABŞ)

Bir neçə dəfə baş tutan bu təlimə Yunanıstan, Fransa da qatıldı. İranın “qırmızı xətti” burada yada düşmədi. Heç İran da bu “qırmızı xətt”lə bağlı Ermənistan hökümətinə “gözün üstə qaşın var “ demədi. Heç ABŞ-a, Fransaya da səsini çıxarıb etiraz etməyə özündə cəsarət tapmadı.

Amma qonşu ölkəyə qarşı heç bir neqativ addım atmayan Azərbaycan elə hey qınandı, hədələndi, təhqir olundu. Guya, İsrail hücumunu ancaq Azərbaycandan həyata keçirə bilər.  Ötən il İranın bir sıra obyektləri İsrail dronları ilə vurulanda İran ha çabaladı ki,  dronun gəldiyi səmtin Azərbaycan olduğunu "ifşa" etsin, alınmadı.

Çünki, İsrail rəsmiləri ərz elədi ki, bizim İran ərazisində mütəşəkkil agent şəbəkəmiz var və o dəqiqliklə işləyir. Zatən Az. Respublikasının sərhədlərindən çox uzaq olan  və 2024-cü ildə vurulan ərazilərin çox hissəsi təhlükəsizliyin yetərincə olmaması səbəbi ilə yerlə yeksan olmuşdu. İndiki kimi...  

(İranı ABŞ-n dəstəyi ilə İsrail bombalayır, İran yenə Azərbaycanı  hədəf alır: Sən İsrailə neft verirsən-deyə.)


Hazırda İsrail ordusu İranı bombalayır, demək olar ki, çökdürüb. İsrailin Baş naziri Benyamin Netanyahu təsdiqləyib ki, İsrail Hərbi Hava Qüvvələri Tehran səmasına nəzarət edir.
Yəni , İsrail İranı yaxıb-yandırır. Vuran bəlli, haradan vurduğu da aydın! Amma İran rəsmiləri ənənəvi olaraq “güllə soyudan” yer olaraq yenə də qərəz və saxtakarlıqlarından qalmır, Azərbaycanı günahlandırırlar. Həmişəki kimi İsrailə söz keçirə bilmədiklərinə görə, Azərbaycanı hədəf alırlar.
İndi də dirəşiblər ki, Azərbaycan İsrailə neft satır, sionist rejimin təyyarələri yanacaqla təmin olunur və Təbrizə zərbələr endirir.
Başı mollalıqda və edamdan başqa heç nəyə yaramayan İran rəsmiləri guya bir güllə ilə 2 quş vurduqlarını sanırlar. Həm cənubdakı qardaşlarımızın bizə qarşı nifrət etməsini “təmin edirlər”. Amma bombalar atılan ərazilərdə İsrailə yox, məhz molla- fars rejiminə qarşı qarğışlar, söyüşlər eşidilir.

( Azərbaycan İranın indiki halında olarkən, Azərbaycan şəhərləri bombalanarkən, İran Ermənistana dronlar satırdı, yurdunu işğaldan azad edən Azərbaycan ordusuna maneə yaradırdı. İgidlərimizin ölümündə də əli vardı. Amma Azərbaycan susurdu, heç kimi ittiham etmirdi)


İran bu addımla həm də müsəlman ölkələrin gözündə Azərbaycanı çıxılmaz vəziyyətdə qoymağa çalışır. Düzdür, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev neft bazarının qaydalarına bu mollabaşlara açıqladı. Dedi ki, neft tankerlərə yüklənib açıq dənizə çıxandan sonra onun hara satıldığını nə Azərbaycan dövləti, nə də başqa bir ölkə müəyyən edə bilər:” Orada onlarla treyder var və neft dəfələrlə alqı-satqı ilə əl dəyişir. Azərbaycan bu prosesə nəzarət edə bilməz və etməməlidir də. Bu, dünya neft bazarının normalarıdır”.
Azərbaycan beynəlxalq qanunlara zidd bir addım atmadığını əminliklə söyləsə də “kor tutduğunu buraxmaz” deyiblər. Bir soruşan da yoxdur ki, real düşməni qoyub, Azərbaycandan nə istəyirsən? Axı, Azərbaycan əgər, İsrailə satarsa belə haqlı tərəfləri də var. Bir dön, 2020 -ci ilə və ondan sonrakı bütün dövrlərdə Azərbaycanın torpaqlarını, ərazisini işğal edənlərə, xalqını soyqırım, əhalisini deportasiyaya məruz qoyan düşmənlərinə hansı xidmətləri göstərmisən? Bəlkə bu mövzuya bir də diqqət ayırasan?

(Bu da İranın ürəyi Tehran)


Elə bilirsiniz, 1994-cü ildən 2023-cü ilə qədər ölkəmizin suverenliyini pozaraq işğal olunmuş ərazilərimizdəki düşmənə dəstək fəaliyyətinizi unutduq?Daşıdığınız neftdən xəbərimiz yox idi, İranın Qarabağdakı qida və tikinti şirkətlərinin fəaliyyətini unutmuşuq?
Azərbaycan öz xammalını hər hansı bir dövlətə satmaqda haqqı – hüququ var, beynəlxalq qanunlar çərçivəsində addımları atır.


P.S.Əgər Azərbaycan nefti sən İranı bombalayan İsrailə satırsa, bu da çox normal haldı. Uzun sözün qısası “ döyməsəydin taxta qapımızı, döyülməzdi dəmir darvazan”. Bir dənə də atalar sözü deyim, fikrimi yekunlaşdırım: Buynuzsuz qoçun qisası, heç vaxt buynuzlu qoçda qalmaz!

Əntiqə Rəşid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://adalet.az
archiveBu xəbər 17 İyun 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri