Icma.az
close
up
RU
Buynuzlu qiymƏT TƏHLİL

Buynuzlu qiymƏT TƏHLİL

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əvvəla, ölkədə heyvandarlıq son illərdə bərbad günə düşüb. Qabaqlar əsas ərzaq məhsulları, o cümlədən ət ilə özümüzü 90-95% səviyyəsində təmin edə bilirdik. Bu, torpaq islahatı aparıldıqdan sonrakı dövrə də aid idi. Lakin 2010-ci ildən sonra hər şey dəyişdi. Yerli ət istehsalı azaldı, idxal artdı.
Ölkədə ətin qiymətinin yüksəlməsi ən birinci, iribuynuzlu və xırdabuynuzlu heyvanların son illər ərzində ardıcıl azalmağa başlaması ilə özünü büruzə verdi. Təkcə son beş ilə baxaq: 2021-ci ilin yanvarında ölkədə 2 milyon 651 min baş iribuynuzlu heyvan vardısa, 2025-ci ilin iyuluna bu göstərici 7,4% azalaraq 2 milyon 454 minə düşüb. Eyni dövrdə xırdabuynuzlu heyvanların sayı 8 milyon 90 mindən 15 faiz azalaraq 6 milyon 887 min başa enib.
Tendensiya davam etdiyindən qiymətlərin getdikcə daha da bahalaşacığı gözlənilir. Çünki, kənd yerlərində, ev təsərrüfatlarında və fermerlər tərəfindən mal-qara saxlamaq, qoyun-quzuya baxmaq tamamilə sərfəsiz bir işə çevrilib. Ona görə ki, yem bahadır, örüş yerləri yoxdur və sair. Bütün bunlardan da irəli gələrək, ölkədə aqrar sahənin ən mühüm qolu olan heyvandarlıqda neçə illərdir, tənəzzül hökm sürür.
Pambıqçılığın bərpa və inkişaf etdirilməsi istiqamətində tədbirlər görülməyə başlananda düzgün siyasət seçilməlidi, örüş yerləri daraldı. Ümumiyyətlə, pambıqçılığın və bir sıra digər sahələrin inkişafına müvafiq diqqətin artırılması nəticəsində heyvandarlığa böyük zərbə dəydi. Bax bu, olduqca səhv yanaşma idi. Əvvəla, dövlətin ərzaq təhlükəsizliyi strategiyası ilə üst-üstə düşmədi və düşmür də. Ona görə də yeyinti məhsulları tədarükü və istehsalı sahəsində malik olduğumuz əlverişli xammal bazasını itirdik. Halbuki qeyri-neft və qaz sektoru sahələrini inkişaf etdirmək üçün bu əsas üstünlüklərimizdən sayılırdı. Nəticədə yerli yeyinti məhsulları istehsalında da kənar xammaldan istifadəyə yol açıldı və getdikcə genişləndi. Yəni, qeyri-neft ixracımızı genişləndirmək məqsədilə aqrar sahədə atılan addımlar zamanı balans qorunmadı.
Bu cür səbəblərdən əlavə, idxalın genişlənməsi də ölkəmizdə heyvandarlıq sahəsində tənəzzüldə mühüm rol oynadı və oynamaqda da davam edir. Ötən il ölkəyə 2 milyard 474 milyon 815 min 900 ABŞ dolları dəyərində yeyinti məhsulları idxal edilib ki, bu da, 2023-də qeydə alınan analoji göstəricidən 315 milyon dollar çox idi. İl ərzində ölkəmizə 129 milyon 556 min dollar dəyərində 58 min 689 ton ət idxal edilib. 2023-cü ildə bu rəqəmlər 86 milyon 739 min dollar dəyərində olmaqla 41 min 707 ton təşkil etmişdi.
Ölkəyə ət idxalı 2024-cü il ərzində 2023-cü illə müqayisədə dəyər ifadəsi ilə 42 milyon 817 min dollar və ya 49,4%, miqdar ifadəsi ilə isə 16 min 982 ton və ya 40,7% artıq olub.
Ümumiyyətlə, 2024-də idxalı artan məhsullar sırasında ətin dəyəri üzrə göstəricinin 86,7 milyon dollardan 129,6 milyon dollaradək yüksəldiyi qeydə alınmışdı. Burada idxal inflyasiyası da az rol oynamır. Dünya bazarlarında da qiymətlər illər keçdikcə artır. Təkcə 2025-ci ilin iyulunda dünyada ətin qiyməti 1,2%, ötən illə müqayisədə isə 6% artıb. Bu özü də yerli məhsulun qiymətlərinə təsir edib və edir.
Bəs, çıxış yolu nədədir?
Hesab edirəm, yeyinti məhsullarının idxalı nəzarətə götürülməli, yerli istehsal himayə altına alınmalı, daxili xammal bazası əvvəlki illərdəki vəziyyətə qaytarılmalı, idxal bir sıra mallar üzrə məhdud çərçivəyə salınmalıdır.
Ümumiyyətlə, hökumət kənd təsərrüfatının heyvandarlıq sahəsində təcili şəkildə bərpa işləri həyata keçirməli və tənəzzülün qarşısını almaq üçün müvafiq addımlar atmalıdır. Heyvandırlıq elə bir sahədir ki, tənəzzülü üçün qısa zaman kifayət etsə də, bərpasına illərlə vaxt lazım gəlir.

Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://azvision.az
archiveBu xəbər 28 Sentyabr 2025 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see583

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see249

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see233

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see229

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see223

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see210

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see209

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see204

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see198

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see192

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see182

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see179

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see179

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see178

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see176

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see174

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see173

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see172

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see170

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri