Icma.az
close
up
RU
“30 ildir sektordayam, hələ belə hadisəni xatırlamıram” KONKRET

“30 ildir sektordayam, hələ belə hadisəni xatırlamıram” KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

“30 ildir bu sektordayam. Azərbaycanda “darknet”də reallaşan bir cinayətin açılması, burada “məskunlaşan” kibercinayətkarın tutulması ilə bağlı hadisəni xatırlamıram”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz DTX-nın ifşa etdiyi kiberəməllərlə bağlı paylaşımında bildirib.

O.Gündüz əlavə edib ki, real dünyada cinayət yolu ilə əldə olunanların leqallaşdırılması üçün ofşor şirkətlər və banklardan, müxtəlif əmlaklara yatırımlardan, sənət əsərləri alqı-satqısından, “çirkli kassalar”, qumarxanalar və “landromatlat”lardan istifadə olunur:

“Rəqəmsal dünyada isə bu proses qlobal şəbəkənin “darknet” deyilən seqmentində həyata keçirilir. Yəni rəqəmsal dünyada oğurlanan nə varsa burada satılır.

Dövlət və özəllərdən oğurlanan datalar, bank kartları, fərdi məlumatlar, prezidentlərdən tutmuş ən adi səviyyəyədək olan şəxslərin telefon nömrələrinin alqı-satqısı “darknet”də həyata keçirilir. Ən peşəkar, ən bacarıqlı xakerlər burada “oturuşublar”. Xırda işlərlə məşğul olmurlar.

Alqı-satqı prosesi də elə qurulur ki, heç bir izi-tozu qalmır, adətən anonim şəbəkələrdən, anonim brauzerlərdən, kriptolardan istifadə olunur.

Dərhal qeyd edim ki, dünyada cəmi bir neçə ölkədə “darknet”də baş verən cinayətlərin aşkara çıxarılması halları sahəsində təcrübə formalaşıb. Ən müasir kibertexnologiyalardan istifadə edilməklə bunlar həyata keçirilir.

İndi məlum olur ki, DTX bu istiqamətdə uğurlu bir əməliyyat keçirib”.

O vurğulayıb ki, Azərbaycanda ilk dəfə olaraq “darknet” üzərindən fəaliyyət göstərən kibercinayətkar qrup DTX tərəfindən ifşa olunub. Dəstə üzvləri hətta kritik hesab olunan qurumlara kiberhücumlar etməklə uzun müddət xeyli “iş” görə biliblərmiş:

“Təsəvvür edirəm ki, onlarda kimlərlə və hansı qurumlarla bağlı hansı datalar ola bilərdi.

Xeyli sayda vətəndaşlarımızın şəxsi və maliyyə məlumatlarını ələ keçirmək üçün saxta saytlar, zərərli mobil tətbiqlər, “spoofing” zənglər (istənilən şəxsin telefon nömrəsini təqlid etməklə zəng etməyə imkan verən proqram) və “phishing” texnikaları vasitəsilə sistemli şəkildə fəaliyyət göstəriblər”.

Azərbaycan İnternet Forumunun Prezidenti qeyd edib ki, bu səviyyədə gizli və texniki cəhətdən güclü qruplaşmanın aşkara çıxarılması sadəcə təsadüf və ya şikayət əsasında aşkarlanan bir hal ola bilməz:

“Bunun ehtimalı sıfra bərabərdir. “Darknet”də təsadüflər olmur. Düşünmək olar ki , DTX kritik sektorun kibertəhlükəsizliyi ilə bağlı son illərdə əldə etdiyi səlahiyyətlərdən sonra kiberəməliyyat potensialını xeyli inkişaf etdirə bilib və artıq “görünməyən internet”ə də real müdaxilə edə bildiyini göstərir.

Aparılan əməliyyatın xarakterinə əsasən demək olar ki, qurum ciddi texniki, texnoloji resurslar və insan kapitalı formalaşdıra bilib.

İstisna etmirəm ki, beynəlxalq əməkdaşlıq da olmamış deyil.

DTX qaranlıq dünyada olan bu kibercinayətin izinə necə düşə bilib?

Əlbəttə, bir neçə versiya söyləmək olardı, amma düşünürəm ki, bu, bu yazının mövzusu deyil.

Hər bir cinayətkar hansısa izi buraxır, kiber dünyada da belədir.

Beləliklə, DTX bununla sübut etmiş oldu ki, darknetdə data bazarlığı, xüsusən də kritik qurumlar və “şəxslərlə” bağlı data bazarlığı da gizli qalmayacaq. Çox təqdirəlayiqdir. Burada daha bir incə məqam var.

Həbs edilən əsas fiqur – Nihad Hacıyev – şübhəsiz ki, texniki-texnoloji cəhətdən yüksək hazırlıqlı bir gəncdir.

Onun fəaliyyəti cinayət xarakterli olsa da, bu qədər kompleks texniki biliklərin zərər üçün deyil, ölkənin kiber müdafiəsi üçün istifadə olunması daha faydalı olardı. Bəlkə də belə gənclər üçün alternativ cəza və reabilitasiya mexanizmləri düşünməyə ehtiyac var. Yoxsa biz potensial “mühafizəçi”ni “kiberhücumçu” kimi itirəcəyik.

Çünki rəqəmsal təhlükələr də hər gün artır, amma bu təhlükələri zamanında anlayan və qarşısını alan kadrlar da çox azdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://konkret.az
archiveBu xəbər 14 İyul 2025 21:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see258

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see211

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see197

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see168

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see166

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see150

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see145

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see145

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see141

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see138

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see138

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see131

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see131

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see129

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see124

Millinin düşərgəsini Ukrayna ilə oyundan öncə tərk etdi

12 Oktyabr 2025 23:32see122

Bakıda Azərbaycan İran əməkdaşlığına dair aktual məsələlər müzakirə olunub

13 Oktyabr 2025 18:37see122

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see120

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see119

Əs Sisi: Şarm əl Şeyx Sülh Sammiti həlledici tarixi andır

13 Oktyabr 2025 21:13see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri