Icma.az
close
up
RU
“30 ildir sektordayam, hələ belə hadisəni xatırlamıram”

“30 ildir sektordayam, hələ belə hadisəni xatırlamıram”

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“30 ildir bu sektordayam. Azərbaycanda “darknet”də reallaşan bir cinayətin açılması, burada “məskunlaşan” kibercinayətkarın tutulması ilə bağlı hadisəni xatırlamıram”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz DTX-nın ifşa etdiyi kiberəməllərlə bağlı paylaşımında bildirib.

O.Gündüz əlavə edib ki, real dünyada cinayət yolu ilə əldə olunanların leqallaşdırılması üçün ofşor şirkətlər və banklardan, müxtəlif əmlaklara yatırımlardan, sənət əsərləri alqı-satqısından, “çirkli kassalar”, qumarxanalar və “landromatlat”lardan istifadə olunur:

“Rəqəmsal dünyada isə bu proses qlobal şəbəkənin “darknet” deyilən seqmentində həyata keçirilir. Yəni rəqəmsal dünyada oğurlanan nə varsa burada satılır.

Dövlət və özəllərdən oğurlanan datalar, bank kartları, fərdi məlumatlar, prezidentlərdən tutmuş ən adi səviyyəyədək olan şəxslərin telefon nömrələrinin alqı-satqısı “darknet”də həyata keçirilir. Ən peşəkar, ən bacarıqlı xakerlər burada “oturuşublar”. Xırda işlərlə məşğul olmurlar.

Alqı-satqı prosesi də elə qurulur ki, heç bir izi-tozu qalmır, adətən anonim şəbəkələrdən, anonim brauzerlərdən, kriptolardan istifadə olunur.

Dərhal qeyd edim ki, dünyada cəmi bir neçə ölkədə “darknet”də baş verən cinayətlərin aşkara çıxarılması halları sahəsində təcrübə formalaşıb. Ən müasir kibertexnologiyalardan istifadə edilməklə bunlar həyata keçirilir.

İndi məlum olur ki, DTX bu istiqamətdə uğurlu bir əməliyyat keçirib”.

O vurğulayıb ki, Azərbaycanda ilk dəfə olaraq “darknet” üzərindən fəaliyyət göstərən kibercinayətkar qrup DTX tərəfindən ifşa olunub. Dəstə üzvləri hətta kritik hesab olunan qurumlara kiberhücumlar etməklə uzun müddət xeyli “iş” görə biliblərmiş:

“Təsəvvür edirəm ki, onlarda kimlərlə və hansı qurumlarla bağlı hansı datalar ola bilərdi.

Xeyli sayda vətəndaşlarımızın şəxsi və maliyyə məlumatlarını ələ keçirmək üçün saxta saytlar, zərərli mobil tətbiqlər, “spoofing” zənglər (istənilən şəxsin telefon nömrəsini təqlid etməklə zəng etməyə imkan verən proqram) və “phishing” texnikaları vasitəsilə sistemli şəkildə fəaliyyət göstəriblər”.

Azərbaycan İnternet Forumunun Prezidenti qeyd edib ki, bu səviyyədə gizli və texniki cəhətdən güclü qruplaşmanın aşkara çıxarılması sadəcə təsadüf və ya şikayət əsasında aşkarlanan bir hal ola bilməz:

“Bunun ehtimalı sıfra bərabərdir. “Darknet”də təsadüflər olmur. Düşünmək olar ki , DTX kritik sektorun kibertəhlükəsizliyi ilə bağlı son illərdə əldə etdiyi səlahiyyətlərdən sonra kiberəməliyyat potensialını xeyli inkişaf etdirə bilib və artıq “görünməyən internet”ə də real müdaxilə edə bildiyini göstərir.

Aparılan əməliyyatın xarakterinə əsasən demək olar ki, qurum ciddi texniki, texnoloji resurslar və insan kapitalı formalaşdıra bilib.

İstisna etmirəm ki, beynəlxalq əməkdaşlıq da olmamış deyil.

DTX qaranlıq dünyada olan bu kibercinayətin izinə necə düşə bilib?

Əlbəttə, bir neçə versiya söyləmək olardı, amma düşünürəm ki, bu, bu yazının mövzusu deyil.

Hər bir cinayətkar hansısa izi buraxır, kiber dünyada da belədir.

Beləliklə, DTX bununla sübut etmiş oldu ki, darknetdə data bazarlığı, xüsusən də kritik qurumlar və “şəxslərlə” bağlı data bazarlığı da gizli qalmayacaq. Çox təqdirəlayiqdir. Burada daha bir incə məqam var.

Həbs edilən əsas fiqur – Nihad Hacıyev – şübhəsiz ki, texniki-texnoloji cəhətdən yüksək hazırlıqlı bir gəncdir.

Onun fəaliyyəti cinayət xarakterli olsa da, bu qədər kompleks texniki biliklərin zərər üçün deyil, ölkənin kiber müdafiəsi üçün istifadə olunması daha faydalı olardı. Bəlkə də belə gənclər üçün alternativ cəza və reabilitasiya mexanizmləri düşünməyə ehtiyac var. Yoxsa biz potensial “mühafizəçi”ni “kiberhücumçu” kimi itirəcəyik.

Çünki rəqəmsal təhlükələr də hər gün artır, amma bu təhlükələri zamanında anlayan və qarşısını alan kadrlar da çox azdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 İyul 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri