Icma.az
close
up
RU
30 min dolların yığılmasına dəstək göstərmişəm Məhkəmə

30 min dolların yığılmasına dəstək göstərmişəm Məhkəmə

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Terroru maliyyələşdirmədə təqsirləndirilən Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Globalinfo.az “Report”a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, hazırda Azərbaycandan kənarda yaşayan Şükür Həmidli və Elşən Mustafayev əvvəlcə Türkiyəyə, oradan isə Suriyaya gedərək bu ölkədə vətəndaş müharibəsində iştirak ediblər.

İttihamda qeyd olunub ki, təqsirləndirilən şəxslər sosial şəbəkələrdə topladıqları vəsaiti Şükür Həmidlinin göndərdiyi kartlara köçürüblər.

Sözügedən pullar onların üzvü olduğu “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına göndərilib. Anar Salamzadə prosesdə deyib ki, Şükür Həmidli onun sinif yoldaşı və dostu olub: “Şükür bir müddət əvvəl Suriyaya köçüb. O, köçdükdən 3 ay sonra mənə yazaraq bildirdi ki, ailə qurub və hazırda Suriyada vuruşur. Lakin, maddi dəstəyə ehtiyacı olduğunu dedi.

Daha sonra mənə videolar göndərərək vəziyyətin acınacaqlı olduğunu və çadır, yemək kimi gündəlik ehtiyaclar üçün pul lazım olduğunu bildirdi. Onlara ərzaq yardımı etmək üçün pul göndərdim. Mənim göndərdiyim pulla silah alınmayıb. İttihamda adı keçən Elşən Mustafayevi və digərlərini tanımıram. İŞİD ilə əlaqəmiz olmayıb. Şükür Həmidlinin də İŞİD ilə əlaqəsi olmayıb. Mən Şəkidə çalışıram, 500-600 manat maaş alıram. Əvvəl də Şəkidə sədəqə vermişəm, yardımlar etmişəm. Terror təşkilatı olduğunu düşünsəydim, yardım etməzdim”.

Daha sonra prosesdə təqsirləndirilən Xəqani Ömərov ifadə verib. Onun sözlərinə görə, Elşən Mustafayev onun yeznəsidir:

“Elşən Mustafayev mənim bacımın həyat yoldaşıdır. Onlar Suriyaya köçüblər. Elşən məndən xahiş etdi ki, bacıma yardım üçün ona bank kartı verim. Mən də kartımı verdim, daha sonra pul köçürmələri başladı. Ona kimlərin pul göndərdiyini bilmirəm. Ümumiyyətlə Suriyaya heç bir pul köçürməsi etməmişəm. Onlar Suriyadakı evlərini satıb Sumqayıtda ev alacaqdılar. Demişdi ki, bacımı Azərbaycana göndərmək istəyirlər. Mən sadəcə 30 min pulun yığılması zamanı dəstək olmuşam. Terrora dəstəklə bağlı məlumatım olmayıb”.

Növbəti proses mayın 27-ə təyin olunub.

Qeyd edək ki, adıçəkilən şəxslər DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. İstintaq orqanı müəyyən edib ki, təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xarici ölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləri köçürüblər. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə təqsirli bilinən şəxslər 10 ildən 14 ilədək azadlıqdan məhrum edilə bilərlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 May 2025 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri