Icma.az
close
up
RU
Terroru maliyyələşdirməkdə təqsirləndirilən şəxs: 30 min dolların yığılmasına dəstək göstərmişəm

Terroru maliyyələşdirməkdə təqsirləndirilən şəxs: 30 min dolların yığılmasına dəstək göstərmişəm

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Terroru maliyyələşdirmədə təqsirləndirilən Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, hazırda Azərbaycandan kənarda yaşayan Şükür Həmidli və Elşən Mustafayev əvvəlcə Türkiyəyə, oradan isə Suriyaya gedərək bu ölkədə vətəndaş müharibəsində iştirak ediblər.

İttihamda qeyd olunub ki, təqsirləndirilən şəxslər sosial şəbəkələrdə topladıqları vəsaiti Şükür Həmidlinin göndərdiyi kartlara köçürüblər.

Sözügedən pullar onların üzvü olduğu "İraq Şam İslam Dövləti" (İŞİD) terror təşkilatına göndərilib. Anar Salamzadə prosesdə deyib ki, Şükür Həmidli onun sinif yoldaşı və dostu olub: "Şükür bir müddət əvvəl Suriyaya köçüb. O, köçdükdən 3 ay sonra mənə yazaraq bildirdi ki, ailə qurub və hazırda Suriyada vuruşur. Lakin, maddi dəstəyə ehtiyacı olduğunu dedi.

Daha sonra mənə videolar göndərərək vəziyyətin acınacaqlı olduğunu və çadır, yemək kimi gündəlik ehtiyaclar üçün pul lazım olduğunu bildirdi. Onlara ərzaq yardımı etmək üçün pul göndərdim. Mənim göndərdiyim pulla silah alınmayıb. İttihamda adı keçən Elşən Mustafayevi və digərlərini tanımıram. İŞİD ilə əlaqəmiz olmayıb. Şükür Həmidlinin də İŞİD ilə əlaqəsi olmayıb. Mən Şəkidə çalışıram, 500-600 manat maaş alıram. Əvvəl də Şəkidə sədəqə vermişəm, yardımlar etmişəm. Terror təşkilatı olduğunu düşünsəydim, yardım etməzdim".

Daha sonra prosesdə təqsirləndirilən Xəqani Ömərov ifadə verib. Onun sözlərinə görə, Elşən Mustafayev onun yeznəsidir:

"Elşən Mustafayev mənim bacımın həyat yoldaşıdır. Onlar Suriyaya köçüblər. Elşən məndən xahiş etdi ki, bacıma yardım üçün ona bank kartı verim. Mən də kartımı verdim, daha sonra pul köçürmələri başladı. Ona kimlərin pul göndərdiyini bilmirəm. Ümumiyyətlə Suriyaya heç bir pul köçürməsi etməmişəm. Onlar Suriyadakı evlərini satıb Sumqayıtda ev alacaqdılar. Demişdi ki, bacımı Azərbaycana göndərmək istəyirlər. Mən sadəcə 30 min pulun yığılması zamanı dəstək olmuşam. Terrora dəstəklə bağlı məlumatım olmayıb".

Növbəti proses mayın 27-ə təyin olunub.

Qeyd edək ki, adıçəkilən şəxslər DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. İstintaq orqanı müəyyən edib ki, təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xarici ölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləri köçürüblər. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə təqsirli bilinən şəxslər 10 ildən 14 ilədək azadlıqdan məhrum edilə bilərlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://baku.ws
archiveBu xəbər 07 May 2025 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

23 Sentyabr 2025 14:17see435

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see145

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see145

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see143

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see139

Rusiyadan Ağalarovlarla bağlı gözlənilməz TƏLƏB

23 Sentyabr 2025 12:45see133

Milli Musiqimizin Memarı” adlı konsert keçirildi FOTOLAR

23 Sentyabr 2025 16:08see133

Elariz Məmmədoğlunun zoopark macərası gündəm oldu

23 Sentyabr 2025 01:34see132

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see132

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see131

Damcılı düşərgəsində arxeoloji qazıntıların dünəni və bu günü

23 Sentyabr 2025 11:04see130

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see130

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see128

Şəbnəm Tovuzlu: “Vəfa mənim üçün bacıdır” VİDEO

24 Sentyabr 2025 00:42see124

Evdə sistem qoşulması qanunla qadağan edilsin TƏKLİF

23 Sentyabr 2025 21:01see122

Arda Güləri nə gözləyir? Real Madrid qərarını verdi

24 Sentyabr 2025 03:41see122

Upamekanonun “Real” arzusu

22 Sentyabr 2025 20:21see122

Meyxanaçı Xəyyamın anası vəfat etdi

23 Sentyabr 2025 11:34see121

Qaradağ Lökbatan ın Şəki Siti ni məğlub etdiyi matç VİDEO

23 Sentyabr 2025 22:34see120

AIIF 2025 çərçivəsində 10 milyard dollarlıq sənədlər imzalanıb

23 Sentyabr 2025 18:09see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri