Icma.az
close
up
RU
“30 min manatı ödədim ki, həbs olunmayım...” MƏHKƏMƏ İŞİ

“30 min manatı ödədim ki, həbs olunmayım...” MƏHKƏMƏ İŞİ

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nemət Məmmədovun sədrliyi ilə Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin sabiq rəisi Mehdi Əmrahovun xüsusilə külli miqdarda mənimsəmə və digər vəzifə cinayətləri ilə bağlı cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Hurriyyet.Media xəbər verir ki, prosesdə təqsirləndirilən Mehdi Əmrahov ifadə verərək özünü yalnız Cinayət Məcəlləsinin 314-cü maddəsi (səhlənkarlıq) üzrə qismən təqsirli bildiyini deyib. Mehdi Əmrahov bildirib ki, 2023-cü ilin mart ayında Səhiyyə Nazirliyinin inzibati binası əsaslı təmirə bağlandığından əməkdaşlar onlayn iş rejiminə keçiblər. Onun sözlərinə görə, bu qərar rəhbərliyin razılığı ilə qəbul olunub.

"Binada təmir getdiyi üçün əməkdaşların işə gəlməsi təhlükəli ola bilərdi. Onlayn iş rejiminə keçidlə bağlı rəhbərliyin razılığı vardı", – deyə o məhkəmədə bildirib.

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin dövrdə 54 əməkdaş məsafədən işləyib. O, nazirin yazılı əmrinin olmadığını etiraf etsə də, məsələ barədə rəhbərliyə müraciət etdiyini və nazirə məruzə olunduqdan sonra işin gedişinə mane olmamaq şərtilə onlayn iş rejiminə razılıq verildiyini söyləyib.

Mehdi Əmrahov ittiham aktında göstərilən mənimsəmə və qanunsuz pul dövriyyəsi ilə bağlı iddiaları qəbul etməyib. "İttihamda yazılıb ki, kimdənsə pul alıb kiməsə vermişəm. Mən belə şeylər etməmişəm. Özümü yalnız ona görə qismən təqsirli sayıram ki, işə kifayət qədər nəzarət edə bilməmişəm", – o vurğulayıb.

Prokurorun suallarını cavablandıran sabiq idarə rəisi istintaq dövründə ödədiyi vəsaitə də aydınlıq gətirib. O bildirib ki, ziyanın ödənilmədiyi halda həbs ediləcəyi bildirildiyi üçün 160 min manatlıq ziyanın bir hissəsi kimi 30 min manat ödəyib.

Mehdi Əmrahovun sözlərinə görə, 2025-ci ildə Səhiyyə Nazirliyi onun rəhbərlik etdiyi idarənin fəaliyyəti ilə bağlı xüsusi komissiya yaradaraq iki ay yoxlama aparıb. O iddia edib ki, həmin yoxlama zamanı hər hansı qanun pozuntusu aşkar edilməyib.

Məhkəmədə şahid qismində ifadə verən Yeganə Eyvazova isə ittiham üçün əhəmiyyətli hesab edilən açıqlamalar verib. O bildirib ki, 2023-cü ildə əməkdaşların onlayn işlədiyi dövrdə Mehdi Əmrahovun göstərişi ilə işçilərə tam iş günü yazıb. Şahidin sözlərinə görə, Əmrahov ona əməkdaşların bank kartlarını verib və kartlardan çıxarılan pulları ona çatdırmasını tapşırıb.

"Mən təkbaşına yaşayıram, öhdəmdə övladım var. İşimi itirməmək üçün onun dediklərini edirdim. Mən yalnız verilən tapşırıqları yerinə yetirmişəm", – deyə Yeganə Eyvazova məhkəmədəki ifadəsində bildirib.

Qeyd edək ki, Mehdi Əmrahov barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq nəticəsində cinayət işi məhkəməyə göndərilib. İttihama əsasən, o, 12 nəfər işçinin əməkhaqqını mənimsəməkdə, vəzifə saxtakarlığında və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir. İstintaqın versiyasına görə, dövlətə vurulan ümumi zərərin məbləği 783 min manatdan çoxdur. Səhiyyə Nazirliyi isə təqsirləndirilən şəxsə qarşı 670 min manat məbləğində mülki iddia qaldırıb.

Mehdi Əmrahova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

İstintaq dövründə onun yaşı və səhhəti nəzərə alınaraq barəsində həbs qətimkan tədbiri seçilməyib, polis nəzarəti altına vermə qətimkan tədbiri tətbiq olunub.

Məhkəmə prosesi sentyabrın 21-dək təxirə salınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Avqust 2026 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see307

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see304

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see295

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see265

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see260

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see252

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see248

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see243

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see241

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see218

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see216

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see216

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see215

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see212

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see202

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see194

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri