Icma.az
close
up
RU
Çanqan qalmaqalı: 19 min ödədim, maşınımı xəbərsiz satdılar”

Çanqan qalmaqalı: 19 min ödədim, maşınımı xəbərsiz satdılar”

Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.

Redaksiyamıza Çanqan avtomobili ilə bağlı şikayət ünvanlayan vətəndaş Məmmədov Rüfət Əlican oğlu bildirib ki, 2023-cü il, avqust ayının 23-də Çanqan Uni V modeli maşın alıb. Maşını Babək də yerləşən rəsmi mağazadan aldığını bildirən şikayətçi Qeyd edib ki, hal-hazırda həmin mağaza Əhməd Rəcəbli ünvanında, “Şəki” restoranının yaxınlığında yerləşir.

Tribunainfo.az-a açıqlama verən şikayətçi R. Məmmədov qeyd edib ki, ilkin ödəniş olaraq 4800 AZN ödəyib.

Mağaza Rüfət Məmmədovdan salafan üçün 150 manat pul da alıb. Ümumi olaraq ilkin ödəniş 5000 manatla maşını alan Rüfət Məmmədov əsas problemdən söz açıb:

“2024-cü il, oktyabrın 28-də Bakıya yağan güclü yağışdan sonra maşını iş yerinin yanında saxlamışdım. 2-3 saatdan sonra maşına minmək istəyəndə, gördüm ki, maşının içi su ilə dolub. Həmin gündən öncə də Bakıya yağan yağışdan sonra maşının içi su ilə dolu idi. Mən maşını aldığım mağazaya və sığortaya hadisə ilə bağlı məlumat verdim. Hətta, sığortadan çəkiliş edildiyi əsnada mən maşına dolmuş suyu boşaltdım. Eyibarnaməmin vaxtı da hələ qalmışdı. Mən maşını Çanqan mağazasına apardım ki, suyun maşının içinə haradan daxil olduğunu tapsınlar. Çünki maşına 5 il zəmanət veriblər. Onlar da, heç problemi tapa bilmədilər. Hətta, şirkət məndən təmir üçün pul tələb etdi. Mən etiraz etdim. Maşın orada qaldı. Bir neçə aydan sonra isə Çanqan mağazası mənim maşınımı satdı. Mən də həmin günə qədər 19 200 manat pul ödəmişdim. Həmin vaxt maşının salon qiyməti 42 900 AZN idi. O puldan da əlavə indi məndən pul istəyirlər. Ortada da maşın yox… Maşını Çanqan mağazasına qoyduqda sığorta ilə bağlı hadisə olmuşdu. Sığorta da pul köçürməli idi. Ön “bufer”ində problem vardı. Köçürülüb-köçürülmədiyini də bilmirəm. Çünki Çanqan-a köçürüləcəkdi. Mənə dəyən ziyanın heç olmasa bir hissəsinin qarşılanmasını istəyirəm”.

Məsələ ilə bağlı sorğumuza Azərbaycan Avtomobil Evi MMC-nin mətbuat xidmətindən bildirilib ki, sözügedən müştəri nisyə alqı-satqı müqaviləsi ilə nəqliyyat vasitəsi əldə edib. Həmin müqavilənin şərtlərinə görə, nəqliyyat vasitəsinin ilkin ödənişini həyata keçirib. Biz də həmin nəqliyyat vasitəsini həmin şəxsin istifadəsi üçün vermişik. Alıcı hər ay ödəniş etdiyi təqdirdə, biz ona etibarnamə təqdim edirik. Müqavilə şərtlərimizə görə, iki ay ardıcıl ödənişi həyata keçirməsə, biz müqaviləyə birtərəfli qaydada xitam verib nəqliyyat vasitəmizi geri götürə bilərik. Çünki öz mülkiyyətimizdə olan maşındır. Sözügedən alıcı dəfələrlə ödəniş öhdəliklərini pozub. Biz, də məcbur olub məhsulu geri götürmüşük. Təbii ki, biz, də istəmərik müştəri ilə müqaviləmizə xitam verək. Bizim də hüququmuz var ki, xitam verilən məhsulu 3-cü şəxslərə sataq. Hətta şəxs barəsində məhkəməyə də müraciət etmişik. Çünki nəqliyyat vasitəsini istifadə edən zaman ona zərər vurub. Biz də həmin zərərin əvəzini tələb edirik. İşə də məhkəmə müstəvisində qiymət veriləcək.

Hadisə ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib ki, zərərçəkən müştəri hüquq-mühafizə orqanlarına müraciət etməlidir.

Dəniz Pənahova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:451
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 19 Noyabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see807

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see556

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see360

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see283

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see281

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see276

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see264

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see253

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see246

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see219

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see219

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see207

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see203

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see202

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see198

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see190

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see187

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see184

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see181

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri