30 min manatlıq dələduzluq edən şəxsə hökm oxundu
Icma.az, Qaynarinfo saytına istinadən bildirir.
Özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq əməli törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
Qaynarinfo xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Samir Nəsbivoun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.2.1-ci (Dələduzluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2-ci (Dələduzluq - təkrar törədildikdə) və 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə mühakimə olunan Q.R. 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İş materiallarından aydın olur ki, Q.R. özünü əsasən xüsusi xidmət orqanının əməkdaşı kimi təqdim edirmiş. O, zərərçəkmişlərdən birini işə düzəltmək, bir başqasını hərbi biletindəki uyğunsuzluğu aradan qaldırmaq, digərini isə bank kartı ilə bağlı yaranmış problemi həll etmək adı ilə aldadıb.
Q.R. məhkəmədə özünü qismən təqsirli bilib. Zərəçəkmişlərə ümumilikdə 30 000 manatdan çox ziyan vurulub.
Seyid
Baxış sayı:136
Bu xəbər 13 Mart 2025 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















