Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Siyasi qorxunun məhsulu

Siyasi qorxunun məhsulu

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Elçin Mirzəbəyli: Türkiyə Osmanlı imperiyasını yenidən yaratmır və digər ölkələrin torpaqlarına iddia etmir.

Azərbaycan Yaxın Şərq və Şərqi Aralıq dənizi regionlarına aid olmasa da, bu bölgələrə bilavasitə yaxın ərazidə yerləşir və qardaş Türkiyənin ərazisi vasitəsilə Aralıq dənizinə çıxışa malikdir. Məhz bu marşrutla BTC boru kəməri vasitəsilə Azərbaycan nefti Aralıq dənizinə çatdırılır.

Elə həmin ərazidə, Aralıq dənizinin Türkiyə sahillərində Azərbaycan Dövlət Neft Şirkətinin ən iri aktivləri, yəni neftayırma zavodu və neft-kimya kompleksi yerləşir. Bu baxımdan, Bakı Aralıq dənizinin bu hissəsində vəziyyətin sabit və münaqişəsiz olmasında birbaşa və həyati maraqlıdır.

Lakin regionda Yunanıstan, Cənubi Kipr və İsraildən ibarət yeni bir blok formalaşmağa başlayır ki, perspektivdə bu birlik Türkiyənin Şərqi Aralıq dənizindəki maraqları üçün müəyyən təhlükə yarada bilər.

Türkiyənin Şərqi Aralıq dənizindəki mövqeyi ilə bağlı baxışlarını Milli Məclisin deputatı, politoloq Elçin Mirzəbəyli qəzetimizin müxbiri ilə söhbətində bölüşüb.

– Bəzi ekspertlər hesab edirlər ki, Şimali Kiprdə keçirilən prezident seçkilərində Avropa yönlü siyasətin və adanın birləşdirilməsinin tərəfdarı olan müxalifətçi Tufan Erhürmanın qələbəsindən sonra Türkiyənin Şimali Kiprdəki mövqeləri zəifləyib. Bu, Ankaranın Şimali Kipr üzərində təsirinin itirilməsi kimi qiymətləndirilə bilərmi?

– Bu nəticəni Türkiyənin Şimali Kiprdə təsirinin itirilməsi kimi qiymətləndirmək düzgün olmazdı. Doğrudur, Tufan Erhürman Kipr probleminin federativ həllinin tərəfdarıdır, lakin Şimali Kiprin təhlükəsizlik, iqtisadiyyat və beynəlxalq tanınma məsələlərində Türkiyədən asılılığı institusional və struktur xarakter daşıyır. Əsas məqam ondan ibarətdir ki, Şimali Kiprin təhlükəsizliyi Türkiyə Silahlı Qüvvələri tərəfindən təmin olunur, iqtisadi dəstəyin və büdcə resurslarının əsas hissəsi Ankaradan gəlir və Türkiyə onun beynəlxalq platformalarda başlıca siyasi dayağıdır. Seçkilərin nəticələri daha çox daxili siyasi balansın dəyişməsinə və cəmiyyətdə alternativ baxışların mövcudluğuna işarə edir. Bu, Ankaranın təsirinin zəifləməsi yox, Şimali Kiprdə siyasi plüralizmin güclənməsi kimi dəyərləndirilməlidir.

– Yunanıstan, Kipr və İsraildən ibarət yeni formalaşan blok Türkiyənin Şərqi Aralıq dənizindəki maraqları üçün təhlükə yarada bilərmi?

– Bu blok Türkiyə üçün birbaşa hərbi təhlükə yaratmır, lakin geosiyasi və enerji rəqabəti baxımından müəyyən çətinliklər formalaşdırır. Xüsusilə Şərqi Aralıq dənizində enerji resurslarının mənimsənilməsi və dəniz sərhədlərinin müəyyənləşdirilməsi sahəsində bu cür əməkdaşlıq Ankaranı cilovlamağa yönəlmiş təşəbbüslərdən biri ola bilər.

Bununla belə, nəzərə almaq lazımdır ki, bu blokun daxilində maraqlar tam üst-üstə düşmür, iqtisadi və texniki imkanlar məhduddur, Türkiyənin regiondakı hərbi və diplomatik çəkisi isə bu cür alyansları xeyli üstələyir. Əksinə, yaranmış vəziyyət Ankaranı ənənəvi tərəfdaşları və türk dünyası ilə əməkdaşlığı daha da gücləndirməyə, enerji və nəqliyyat layihələrində alternativ marşrutlar yaratmağa sövq edir. Nəticədə bu blok Türkiyənin mövqelərini zəiflətmir, əksinə, Ankaranın regional strategiyasını daha sistemli və çoxşaxəli edir.

– İsrailin baş naziri Benyamin Netanyahu Yunanıstan və Kipr liderləri ilə birgə mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Misak-ı Milli” layihəsini tənqid edərək belə demişdi: “Öz imperiyalarını bərpa etmək və torpaqlarımız üzərində hökmranlıq qurmaq arzusunda olanlara deyirəm: bunu unudun. Bu baş verməyəcək. Hətta bu barədə düşünməyin”. Bu fikirləri necə şərh edərdiniz?

– İsrailin baş naziri Benyamin Netanyahunun Yunanıstan və Cənubi Kipr liderləri ilə birgə mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü “Misak-ı Milli” konsepsiyasına qarşı səsləndirdiyi fikirlər, birincisi, tarixi reallıqların təhrifinə, ikincisi isə müasir beynəlxalq münasibətlər kontekstində siyasi manipulyasiyaya əsaslanır. Netanyahunun çıxışı açıq şəkildə göstərir ki, o, ya “Misak-ı Milli” anlayışının mahiyyətini qəsdən təhrif edir, ya da onu geosiyasi qorxu ritorikasının alətinə çevirir.

“Misak-ı Milli” Osmanlı imperiyasının bərpası ideyası deyil. Bu anlayış 1920-ci ildə Osmanlı Məclisi tərəfindən qəbul edilmiş siyasi konsepsiyadır və türk xalqının öz müqəddəratını təyinetmə, ərazi bütövlüyü və milli suverenlik hüququnu ifadə edir. Müasir Türkiyə Respublikası bu anlayışı imperiya iddiaları kimi deyil, milli təhlükəsizlik, sərhədlərin toxunulmazlığı və regional sabitlik çərçivəsində qəbul edir.

Bu kontekstdə Netanyahunun “imperiyanın bərpası” ilə bağlı fikirləri ya tarixi savadsızlığın, ya da şüurlu siyasi dezinformasiyanın nəticəsidir. Ankaranın real siyasəti ekspansiyaya deyil, balans və təhlükəsizliyə əsaslanır. Türkiyə son onilliklərdə BMT Nizamnaməsi çərçivəsində fəaliyyət göstərən, beynəlxalq hüquqa söykənən, regionda sabitliyi pozmağa deyil, təhlükəsizlik balansını qorumağa çalışan dövlətdir. Əgər Ankara həqiqətən imperiya narrativlərini rəhbər tutsa idi, NATO üzvü kimi kollektiv təhlükəsizlik mexanizmlərinə sadiq qalmaz, beynəlxalq müqavilələr və diplomatik formatlar çərçivəsində fəaliyyət göstərməz, regional münaqişələrin siyasi həllini müdafiə etməzdi. Bu reallıqlar fonunda Netanyahunun iddiaları faktoloji əsasdan məhrumdur.

Netanyahunun ritorikasındakı ən ciddi ziddiyyət ondan ibarətdir ki, Türkiyəni imperiya nostaljisində ittiham edən tərəf özü Fələstin ərazilərində beynəlxalq hüquqa zidd məskunlaşdırma siyasəti aparır, BMT qətnamələrini sistemli şəkildə pozur, Qəzza zolağında və İordan çayının qərb sahilində faktiki ərazi genişlənməsi həyata keçirir.

Türkiyə öz tarixini suverenlik və dövlətçilik kontekstində xatırladığı halda, Netanyahunun rəhbərlik etdiyi hökumət güc yolu ilə de-fakto reallıqlar yaratmaq siyasəti yürüdür ki, bu da beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Netanyahunun bu bəyanatı eyni zamanda Türkiyənin Şərqi Aralıq dənizində artan siyasi və enerji rolundan duyulan narahatlığın, həmçinin Ankaranın legitim maraqlarını regional blokadalar vasitəsilə boğmaq cəhdlərinin ifadəsidir.

Bu konkret halda “Osmanlı imperiyası” ritorikası real təhlükənin deyil, siyasi qorxunun məhsuludur. Netanyahunun “unudun, bu baş verməyəcək” ifadəsi Türkiyəyə qarşı yönəlmiş əsassız ittiham, tarixi faktların təhrif edilməsi və regiondakı öz ölkəsinin siyasətini ört-basdır etməyə xidmət edən populist ritorikadır.
Ankara imperiyanı bərpa etmir və digər ölkələrin torpaqlarına iddia etmir. Türkiyə milli suverenliyini və təhlükəsizliyini qoruyan, regional balansı dəstəkləyən və ədalət prinsiplərinin keşiyində dayanan qüdrətli dövlətdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:361
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 30 Dekabr 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri