30 təhsil müəssisəsində inklüziv sinif fəaliyyət göstərib
Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.
Bakı şəhəri üzrə ümumilikdə 220 şagird inklüziv təhsilə cəlb edilib.
Həmçinin "2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı"na əsasən 2024-2025-ci tədris ilindən etibarən inklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinə 12 məktəb (10, 127, 185, 194, 204, 231, 262, 283, 307, 308, 309 və 315) əlavə olunub.
Newscenter.az xəbər verir ki, ümumilikdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeyindəki inkluziv sinif təşkil edilən məktəblərin sayı 30-a çatdırılıb. 2024-2025-ci tədris ilində inklüziv siniflərə 57 sağlamlıq imkanları məhdud şagird cəlb olunub.
Qeyd edək ki, inklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir.
Ruhiyyə Mehdiyeva
Bu mövzuda digər xəbərlər:30 təhsil müəssisəsində inklüziv sinif fəaliyyət göstərir
18 Dekabr 2024 13:07
41 təhsil müəssisəsində inklüziv sinif fəaliyyət göstərir
09 Yanvar 2026 14:17
Bakı Şəhəri üzrə Təhsil İdarəsi: 30 məktəbdə inklüziv sinif fəaliyyət göstərir AZƏRTAC
18 Dekabr 2024 14:20
Bakda 30 məktəbdə inklüziv sinif var
23 İyun 2025 14:18
Bu il 22 ümumi təhsil müəssisəsində inklüziv siniflər fəaliyyətə başlayıb
30 Dekabr 2025 13:33
Baxış sayı:98
Bu xəbər 13 İyun 2025 19:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















