Paytaxtın 41 təhsil müəssisəsində inklüziv sinif fəaliyyət göstərib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 22 iyun, AZƏRTAC
Bakı şəhəri üzrə ümumilikdə 267 şagird inklüziv təhsilə cəlb edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, 2025-2026-cı tədris ilindən etibarən inklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinə 11 məktəb (87, 88, 167, 166, 187, 109, 205, 212, 236, 247 və 279) əlavə olunub.
BŞTİ-nin tabeyindəki inklüziv sinif təşkil edilən məktəblərin sayı 41-ə çatdırılıb. 2025-2026-cı tədris ilində inklüziv siniflərə 122 sağlamlıq imkanları məhdud şagird cəlb olunub.
İnklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 22 İyun 2026 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















