Icma.az
close
up
RU
300 illik xəzinə tapıldı: 3 ölkə mülkiyyət davası açacaq

300 illik xəzinə tapıldı: 3 ölkə mülkiyyət davası açacaq

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Təxminən  yarım əsrdir axtarılan iki batmış gəmi" illərlə davam edən araşdırmalardan sonra nəhayət ki, tapılıb. ABŞ-ın Miçiqan gölündə yerləşən "FJ King" və Karib dənizindəki "San Xose" adlı gəmilərin üzə çıxarılması həm tarix, həm də dənizçilik sahəsində böyük maraq doğurub.

News.az xəbər verir ki, 1867-ci ildə Ohayoda inşa edilən və 144 fut uzunluğunda olan üçdirəkli yelkənli yük gəmisi FJ King, 15 sentyabr 1886-cı ildə Eskanabadan Çikaqoya dəmir filizi daşıyarkən şiddətli fırtına nəticəsində batmışdı. Güclü dalğalar gəminin gövdəsini parçalayıb arxa göyərtə hissəsini isə tamamilə sıradan çıxarmışdı. Kapitan Uilyam Qriffin və heyət üzvləri gecə saatlarında başqa bir gəmi tərəfindən xilas edilsə də, "FJ King" gölün dərinliklərinə qərq olmuşdu.

 İllərlə gəminin yeri barədə fərqli məlumatlar yayıldığı üçün axtarışlar nəticəsiz qalmış və o, “xəyalət gəmi” adlandırılmışdı. Lakin Viskonsin Tarix və Sualtı Arxeologiya Cəmiyyətlərinin dəstəyi ilə çalışan tədqiqatçı Brendon Beylodun rəhbərlik etdiyi qrup bu sirri aça bilib. Beylod əvvəlki koordinatların yanlış ola biləcəyini düşünüb yeni bir əraziyə fokuslanaraq iki kvadrat millik sahəni araşdırıb. Radar vasitəsilə aparılan axtarış zamanı Baileys Harbor yaxınlığındakı 40 metr uzunluğunda gəmi qırıqları aşkar edilib və bunun "FJ King" olduğu təsdiqlənib. Beylod bu anı “Bu qədər illərdən sonra onu tapdığımızı görmək inanılmaz idi” sözləri ilə ifadə edib.

Eyni dövrdə Karib dənizində dənizçilik tarixinin ən qiymətli itmiş xəzinələrindən biri də tapılıb. Kolumbiya sahillərində yerləşən San Xose adlı gəmi təxminən 300 ildən çoxdur ki, suyun altında yatırdı. Gəmidə 16 milyard funt sterlinq dəyərində qızıl, gümüş və zümrüddən ibarət xəzinənin olduğu ehtimal edilir. 1708-ci ildə İspaniya Varislik Müharibəsi zamanı Peru istiqamətindən İspaniyaya xəzinə daşıyan gəmi İngilis donanması ilə qarşıdurma zamanı partlayaraq batmışdı. 

2015-ci ildə sualtı dron vasitəsilə ilk görüntülər əldə edilsə də, gəminin "San Xose" olduğu dəqiq bilinmirdi. Lakin kolumbiyalı tədqiqatçıların son araşdırmaları nəticəsində bu gəminin məhz itkin "San Xose" olduğu təsdiqlənib. "

FJ King"intapılması Böyük Göllərdəki ən uzun sürən dənizçilik sirrini aydınlaşdırdığı halda, "San Xose"nin təsdiqlənməsi beynəlxalq hüquqi mübahisələri yenidən gündəmə gətirib. Gəmidəki xəzinə ilə bağlı Kolumbiya, İspaniya və ekspedisiyaya sponsorluq edən özəl şirkətlər arasında böyük mülkiyyət davası gözlənilir.

 Bu iki tarixi kəşf sübut etdi ki, illər keçsə də, sualtı sirlərin bir gün üzə çıxmaq şansı həmişə var.

Xeyrənsə Piriyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://news24.az
archiveBu xəbər 21 Sentyabr 2025 00:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see233

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see230

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see223

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see218

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see191

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see184

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see182

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see178

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see173

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see164

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see162

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see159

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see158

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see155

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see152

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see151

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see149

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see149

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see147

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri