Icma.az
close
up
RU
Menu

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

Futbol bileti olanlar vizanı tez alacaqlar

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

Gələn ay 30 manat yardım veriləcək

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

Beynəlxalq konfransın iştirakçıları Azərbaycan rayonlarına səfər ediblər

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

Qarabağda “mülkiyyət davası”

Qarabağda “mülkiyyət davası”

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Beqlaryanları ortaya salan erməni iqtidarıdır

Hər kəs yaxşı bilir ki, erməni həyasızlığı sərhəd tanımır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyanın ayrı-ayrı çıxışlarından da görmək mümkündür, onun komandasındakı şəxslərin davranışlarından da.

Ölkə iqtidarında təmsil olunanlar gah Azərbaycanla sülhdən danışırlar, gah da sülhə zərbə vuracaq məsələlərdən dəm vururlar. Heç şübhəsiz, Artak Beqlaryan adlı şəxsin çıxardığı oyun da barış mühitinin formalaşmasına ciddi zərbədir.

Yada salaq ki, A.Beqlaryan Qarabağdakı canını tapşırmış separatçı rejimdə “ombudsman” və “dövlət naziri” kimi saxta postları tuturdu. İndi bu zəncantrop beynəlxalq məhkəmələrdə “Qarabağın işğal olunmuş” məntəqələri ilə bağlı məsələ qaldırmaq “təşəbbüsünü” irəli sürür, bununla bağlı internetdə anket toplamağa girişir. Əlbəttə, onun qondardığı məsələ, necə deyərlər, öz yastığının altından çıxmır. Qətiyyətlə deyə bilərik ki, “təşəbbüsün” ilhamvericisi rəsmi İrəvandır.

Ermənistan hakimiyyəti 2024-cü il başlayandan fərqli taktika seçib. Rəsmi İrəvan birbaşa Azərbaycan əleyhinə yüklənmir, özünü “sülh qaranquşu” kimi göstərməyə çalışır, məkrli planlarını xaricdəki havadarlarının, erməni lobbi və diaspor təşkilatlarının, müxtəlif ictimai qurumların, o cümlədən beqlaryanların əli ilə reallaşdırmağa cəhd edir. Götürək elə Qarabağın “erməni mədəni mirası” məsələsini. Bir il əvvələdək erməni iqtidarı mövcud sahədə ciddi canfəşanlıq edirdi.

Baş nazir Nikol Paşinyanın komandası beynəlxalq məhkəmələrə müraciətlər ünvanlayır, işğaldan azad edilmiş bölgələrdəki abidələrin, guya, ermənilərə məxsusluğunun təsdiqlənməsinə çalışır, müxtəlif saxta sübut və dəlillər gətirirdi.

Belə yanaşmada pərdələnmiş işğalçılıq niyyəti var. Ermənistan hakimiyyətinin təmsilçiləri ümid bəsləyirdilər ki, tutalım Ağdamdakı və ya digər bölgələrimizdəki hansısa abidə erməni irsi nümunəsi olaraq təsdiqlənəcək. Bu təsdiqlənmədə məqsəd gələcəkdə həmin abidənin yerləşdiyi ərazini də erməni torpağı kimi qələmə verməkdir. Göründüyü kimi, ortada Azərbaycana qarşı ciddi və düşünülmüş məkrli niyyət var. A.Beqlaryanın qaldırdığı məsələ də məkrdən qaynaqlanır.

Bu gün Qarabağımızın hər yerində ciddi quruculuq işləri gedir. Köhnə infrastukturlar yenilənir, yeni yaşayış məntəqələri salınır və sair. Qarabağda məskunlaşmış ermənilərin yaşadıqları evə oxşar yerləri də görürük. Böyük əksəriyyəti it damından fərqlənmir. Bu damlarda necə ömür sürüblər, başqa söhbətin mövzusudur. Hesab edirik ki, onları belə bir duruma salan Ermənistanda hakimiyyətdə olanlar və Qarabağdakı separatçı rejim idi.

Ermənistan otuz ilə yaxın davam etmiş işğal illərində Qarabağda bir daşı da daş üstə qoymadı. Əksinə, hər yeri xarabazara döndərdi. Təsəvvürə gətirin, Xankəndinin yuxarı məhəllələri ruhlar məskənini xatırladır. Azərbaycan bu məskənləri uçurdub yerində ehtişamlı binalar ərsəyə gətirirsə, bunun nəyi pisdir? Xankəndidə, Şuşada və digər ərazilərin yaşayış məntəqələrindəki evlərin çoxu ötən əsrin ortalarına, hətta əvvəllərinə aiddir və əksəriyyəti istismar dövrünü başa vurub. Azərbaycan Qarabağa böyük köç reallaşdırırsa, deməli, bu amili nəzərə almalıdır, insanlar üçün lazımi şərait yaratmalıdır. Əgər ermənilər 2023-cü ilin antiterror tədbirlərindən sonra ərazini tərk etmək qərarına gəlməsəydilər, bölgədə qalsaydılar, quruculuq tədbirləri onların da həyat şəraitlərinin yaxşılaşdırılmasını nəzərdə tutacaqdı. Amma bunu istəmədilər və hazırda rəsmi İrəvan beqlaryanları ortaya salıb kimlərinsə daxmalarını mülk davasının tərkib hissəsi kimi göstərməyə, internet üzərindən imza toplamağa çalışır, beynəlxalq aləmə car çəkir ki, guya, Azərbaycan ermənilərin evlərini uçurdur.

Əlbəttə, Qarabağ ermənilərinin internet üzərindən yayılmış hansısa sənədi dəstəkləmələri mümkündür. Ona görə ki, onların hazırkı yaşayış səviyyələri qat-qat bərbad gündədir. Daxmalar şükür ediləsidir. Yəni, bu adamların məqsədi başqadır, erməni iqtidarının məqsədi bir başqa. Paşinyan hakimiyyəti xaricdən gələn ianələrlə öz varlığını sürdürməyə öyrəncəlidir. Bu, sağalmaz xəstəlik, rəzillik və ələbaxımlıqdır. Əlbəttə, ortada erməni avantürizminin gerçəkləşməsinə yönəlmiş böyük plan da var.

Bir anlıq düşünək ki, Beynəlxalq Məhkəmə Qarabağda yaşayan hansısa Aşotun yaşayış hüququnu təsdiqlədi. Aşotların sayı yetərincədir. Əvvəla, məsələ presedent yaradır, avantürizm, ərazi iddiası üçün, bir növ, tutacaq yeri formalaşdırır. Digər tərəfdən, Azərbaycan hakimiyyəti aşotlara hansısa təzminat verməyə borclu sayılırsa, aydındır ki, bu hal heç də həmin aşotların və ya anaitlərin həyat şəraitinə təsir göstərməyəcəkdir. Onlar yenə də İrəvandakı və digər yerlərdəki heyvan damlarından da betər yerlərdə ömürlərini çürüdəcəklər. Qazanan yenə erməni iqtidarı olacaq. Necə? Qarabağdan köç etmiş ermənilərin hazırda yaşadıqları pis şəraiti göstərib xaricdən yardım dilənəcək, Paşinyan və ətrafı bunun hesabına varidatlarını artıracaqlar.

Başqa bir yandan, bəli, mülkiyyət hüququ toxunulmazdır. O cümlədən, insanların normal şəraitdə yaşamaq haqqı danılmazdır. Amma bu haqq da beynəlxalq hüquq prinsiplərinə əsaslanmalıdır. Sual olunur: Xankəndidə, Ağdərədə, Hadrutda yaşayan erməninin hansı mülkiyyət sənədi olub? Ümumiyyətlə, olubmu? Olubsa, həmin sənəd vaxtilə Azərbaycan SSR tərəfindən verilib. Yəni, qanuni forma budur, separatçı qurumun kağız parçaları yox. O zaman aşotlar nəyin davasını edəcəklər? Onlara “ərazini tərk edib gedin” deyən olmuşdumu? Onları zorla evlərindən çıxaran da yox idi. Buyurub Azərbaycan vətəndaşlığını qəbul edib əvvəlki evlərində yaşaya bilərlər. Məsələ ondadır ki, şərtimizlə razılaşıb ən doğru olan etmək, normal şəkildə yaşamaq istəmirlər. İstəsəydilər, bölgədən çıxmazdılar. Bilirsiz niyə istəmirlər? Ona görə ki, böyük əksəriyyətinin, yaxud hər ailədən bir neçəsinin əli dinc azərbaycanlı əhalinin qanına batıb. Qorxurlar ki, cavab verməli olacaqlar...

Əgər söhbət mülkiyyətin toxunulmazlığından gedirsə, tam fərqli bir məqama diqqət yetirək. 1988-1991-ci illlərdə 300 min azərbaycanlı Ermənistandakı dəbə-baba yurdundan qovuldu. Hələ əvvəlki illərdə gələnləri demirik. Bəs bu adamların haqları necə olacaq? Onların mülkiyyət hüququnun pozulmasına görə təzminatı kim ödəyəcək? Aydındır ki, məsuliyyət Ermənistanın üzərindədir. Ölkə heç bir halda yaxasını kənara çəkə bilməz. Ən böyük sual isə budur: Azərbaycan Qarabağ ermənilərinin bölgəyə qayıdışına maneçilik törətmirsə, Ermənistan öz ərazisindən didərgin salınmış insanlarımızın geri dönüşünə razılıq verirmi? Bir dəfə də olsun, rəsmi İrəvandan mövcud istiqamətdə hansısa açıqlama olubmu? Əlbəttə ki, yox!

Sonda bir daha deyək ki, beqlaryanların və digər “yan”ların ortaya atılıb cəfəng iddialar qaldırmaları, istər-istəməz Bakı‒İrəvan sülh prosesinə zərər yetirir, etimad quruculuğu tədbirlərinə zərbə vurur. Ermənistan hakimiyyəti bu barədə ciddi şəkildə düşünməli və tör-töküntülərini yığışdırmalıdır. Əgər bunu etmirsə, deməli, barış mühitinə zidd mövqe tutur. Elə tutur da. Çünki rəsmi İrəvanın həm manipulyasiyaları davam edir, həm də silahlanması.

Ə.RÜSTƏMOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Dekabr 2024 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see249

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see216

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see206

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see204

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see150

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see148

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see141

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see139

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see136

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see134

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see133

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

17 Noyabr 2025 20:35see132

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see131

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see131

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see129

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see128

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see125

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see122

Beynəlxalq konfransın iştirakçıları Azərbaycan rayonlarına səfər ediblər

17 Noyabr 2025 18:11see120

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri