Icma.az
close
up
RU
31 Mart tariximizin ən unudulmaz günlərindən biridir SİYASİ EKSPERT ŞƏRH ETDİ

31 Mart tariximizin ən unudulmaz günlərindən biridir SİYASİ EKSPERT ŞƏRH ETDİ

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"31 Mart tariximizin ən unudulmaz günlərindən biridir. Həmin günün 1918-ci ilində erməni daşnakları, xalqımızın düşmənləri Azərbaycan xalqına misilsiz genosid cinayəti törədiblər. O, zaman bu bölgədə siyasi gərginlikdən, hakimiyyətsizlikdən və eyni zamanda qırmızı bolşevik hakimiyyətinin dəstəyindən istifadə edərək, xalqımıza qarşı bu cinayəti törədiblər". Bu sözləri SİA-ya açıqlamasında siyasi-ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, həmin dövrdə Demokratik Cümhuriyyətin apardığı və həyata keçirdiyi müəyyən tədbirlər nəticəsində baş vermiş cinayətə ilkin qiymət verilib. "Çox qiymətli geniş materiallar toplanıb və arxivləşdirilib. Hansı ki, bu materialların üstündən 100 ildən çox vaxt keçməsinə baxmayaraq, bu gün də erməni cinayətlərini sübut etmək üçün yetərli faktlardır. Azərbaycan müstəqillik əldə etdikdən sonra Heydər Əliyevin xüsusi fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqrımı Günü kimi təsdiqlənib. Bu, artıq müstəqil Azərbaycanın özündə 31 mart soyqrımına, erməni cinayətlərinə hüquqi-siyasi qiyməti verilməsi prosesinin başlanğıcı oldu. 31 mart Azərbaycan Parlamenti tərəfindən, dövlətimiz tərəfindən soyqırımı kimi tanınıb və onun dünyada soyqırımı kimi tanınması yönümündə bir proses başladılıb. Amma təəssüf ki, indiyə qədər dünya miqyasında məhz erməni mafiyasının, erməni lobbisinin səyləri ilə Azərbaycan xalqına və Azərbaycan türklərinə törədilmiş bütün cinayət aktları kimi, bu aktın da hüquqi qiyməti və siyasi qiyməti lazımı səviyyədə verilməyib. Çox təəssüf ki, hələlik beynəlxalq miqyasda 31 martın azərbaycanlılara qarşı genosid kimi tanınmasına dair bir rəsmi sənəd yoxdur. Bəzi Azərbaycana qardaş olan ölkələr bu faktın bir cinayət hadisəsi olduğunu təsdiqləyiblər və qəbul ediblər. Amma həm 1990-cı illərdən bu yana, Xocalıda, Qarabağın digər ərazilərində xalqımıza qarşı törədilmiş cinayət aktlarına dünya miqyasında qısqanc münasibət göstərilir, qərəzli yanaşmalar edilir, eyni ilə həmin münasibəti 31 mart hadisələrinə də biz ədalətsiz dünyanın qurumları tərəfindən görməkdəyik. Amma bizim üçün vacib olan 31 marta dünya dairələrinin səs verib-verməməsi deyil, bizim üçün vacib olan odur ki, Azərbaycan xalqı əsl həqiqəti bilir, Azərbaycan xalqı martın 31-də törədilmiş milli genosidin hansı səbəblərdən və məqsədlərdən həyata keçirdiklərindən xəbərdardır. Bizim tariximizin xalqımız tərəfindən obyektiv şəkildə bilinməsi və dəyərləndirilməsi bizim üçün məsələnin vacib olan tərəfidir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Mart 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see271

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see207

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see191

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see184

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see180

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see156

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see146

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see142

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see140

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri