Icma.az
close
up
RU
Böyük Qayıdış Azərbaycanın gələcək inkişaf vizyonunun əsas sütunlarından biridir SİYASİ EKSPERT ŞƏRH ETDİ

Böyük Qayıdış Azərbaycanın gələcək inkişaf vizyonunun əsas sütunlarından biridir SİYASİ EKSPERT ŞƏRH ETDİ

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Böyük Qayıdış prosesi Azərbaycanın müasir tarixində strateji əhəmiyyət daşıyan və siyasi, iqtisadi, sosial baxımdan çoxşaxəli şəkildə planlaşdırılan genişmiqyaslı bir layihədir. Bu proses təkcə məcburi köçkünlərin doğma yurdlarına qayıdışı deyil, eyni zamanda regionun dayanıqlı inkişafını, milli birliyin güclənməsini və post-münaqişə dövründə Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının qurulmasını hədəfləyir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti Böyük Qayıdış proqramını mərhələli və sistemli şəkildə həyata keçirir. Əvvəlcə azad olunmuş ərazilərdə mina və partlamamış hərbi sursatların təmizlənməsi həyata keçirildi ki, bu da təhlükəsiz qayıdışın təmin edilməsi baxımından əsas addımlardan biridir: "Paralel olaraq infrastruktur layihələrinə start verildi — yollar, elektrik xətləri, su və qaz təchizatı, telekommunikasiya sistemləri quruldu. "Ağıllı kənd", "ağıllı şəhər" konsepsiyaları tətbiq olunaraq müasir idarəetmə və yaşayış modelləri yaradıldı. Bu, təkcə fiziki yenidənqurma deyil, həm də strateji baxımdan bölgənin gələcəyinin müasir tələblər əsasında formalaşdırılması deməkdir. Sosial baxımdan da vacib işlər görülür. Qayıdacaq ailələr üçün təlimlər, dəstək proqramları, məşğulluq imkanları yaradılır. Bu, sadəcə əhali köçürməsi deyil, inteqrasiya olunmuş sosial inkişaf modelidir. Dövlətin bu sahədə atdığı hər bir addım məcburi köçkünlərin ləyaqətli şəkildə geri dönməsi və dayanıqlı yaşayışının təmin olunmasına yönəlib. Beynəlxalq müstəvidə də Böyük Qayıdış prosesi Azərbaycanın sülhə və inkişaf modelinə sadiqliyini göstərir. Azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri təkcə ölkə daxilində deyil, regionda da sabitlik və əməkdaşlıq üçün yeni imkanlar açır. Bu, həm də Azərbaycanın siyasi iradəsinin və dövlətçilik prinsipinin güclü təzahürüdür.

Nəticə etibarilə, Böyük Qayıdış təkcə humanitar və sosial bir məsələ deyil, həm də geosiyasi əhəmiyyətə malik milli strateji layihədir. Bu proses Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və gələcək inkişaf vizyonunun əsas sütunlarından biri kimi çıxış edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 İyul 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see252

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see239

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see196

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see186

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see186

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see182

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see173

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see155

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see146

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see140

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see137

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see132

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see130

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see129

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see127

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see127

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see122

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see122

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see121

ABŞ da universitetdə atışma olub, ölən var YENİLƏNİB

10 Dekabr 2025 04:45see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri