31 mindən çox kart BLOKLANIB 7 milyonluq oğurluğun qarşısı ALINDI
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Kapital Bank" 2025-ci ildə müştərilərdən oğurlanma ehtimalı olan 7 milyon 22 min 165 manat vəsaitin qarşısını alıb.
Bizim.Media xəbər verir ki, bunu "Kapital Bank"ın İdarə Heyətinin üzvü, Baş Risk inzibatçısı Ağarza Baxşiyev bu gün təmsil etdiyi bankın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına dair keçirilən mətbuat konfransında deyib.
Bank rəsmisi bu səbəbdən bloklanan kartların sayını açıqlayıb:
"2025-ci il ərzində bank müştərilərinin 1 milyon 2 min 873 kart əməliyyatı və 31 min 353 kart hesabı fırıldaqçılıq əməliyyatı ehtimalı olduğu üçün bank tərəfindən bloklanıb. Nəticədə vətəndaşlardan oğurlanma ehtimalı olan 7 milyon 22 min 165 manatın qarşısı alınıb".
O, həmçinin qeyd edib ki, 2024-cü illə müqayisədə ötən il rəqəmsal fırıldaqçılıq üzrə hücum cəhdlərinin sayı da artıb:
"Xüsusilə sosial mühəndislik üsulları vasitəsilə müştərilərin manipulyasiya edilməsi və vəsaitlərin mənimsənilməsinə yönələn cəhdlər daha intensiv xarakter alıb. "Kapital Bank" adından saxta reklam, elan, lotereya xarakterli kampaniya həyata keçirdiyini iddia edən 1000-dən çox veb-sayt və sosial media səhifəsi bloklanıb".
Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 22 Aprel 2026 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















