Icma.az
close
up
RU
70 dən çox erkən nikahın qarşısı ALINDI 39 nəfər CƏZALANDIRILDI

70 dən çox erkən nikahın qarşısı ALINDI 39 nəfər CƏZALANDIRILDI

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ötən 10 ay ərzində Azərbaycanda 70-dən çox erkən nikahın qarşısı alınıb.
Bu barədə Daxili İşlər Nazirliyindən Bizim.Media-ya məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:
İllərdir dəyişməyən “ƏNƏNƏ” – Qızlara təhsil qadağaları nə vaxt SONA ÇATACAQ?


“Yetkinlik yaşına çatmayan şəxslə nişanlanmaq və ya evliliyə dair digər sövdələşməyə daxil olmaq, həmin şəxslər barəsində dini kəbinkəsmə və ya erkən evlilikləri ilə bağlı mərasimlər keçirmək qanunla qadağandır. Polis tərəfindən uşaq hüquqlarının qorunması və müdafiəsi, uşaqlara qarşı və ya onların iştirakı ilə baş verən hüquqpozmaların qarşısının alınması istiqamətində aidiyyəti dövlət qurumları ilə birgə mütəmadi olaraq kompleks tədbirlər və monitorinqlər həyata keçirilir.
Erkən nikah halları aşkarlandıqda polis əməkdaşları tərəfindən qanuna uyğun olaraq yetkinlik yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynləri, onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər yaxud evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxs, eyni zamanda mərasimin təşkil olunduğu ictimai iaşə obyektlərinin rəhbərliyi, dini kəbini kəsən axundlar inzibati məsuliyyətə cəlb edilirlər”,-deyə nazirliyin açıqlamasında bildirilib.
“39 nəfər cəzalanıb”
“Yetkinlik yaşına çatmayan şəxs 16 yaşından aşağı yaş həddindədirsə, bu, cinayət hesab edilir. Belə hallarda isə nikah yaşına çatmayan şəxsi erkən evliliyə daxil olmağa məcbur edənlər cinayət məsuliyyətinə cəlb olunurlar.
 

Ötən 10 ay ərzində polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə respublika üzrə aşkarlanıb, 70-dən çox erkən evlilik faktının qarşısı alınıb. Həmçinin yetkinlik yaşına çatmayanların erkən evliliyi ilə bağlı mərasimlərin keçirilməsinə görə ictimai iaşə obyektlərini idarə edən 36 şəxs, azyaşlı övladının nişanlanmasına və ya evliliyinə dair digər sövdələşməyə daxil olmağa görə 3 valideyn inzibati məsuliyyətə cəlb edilib, 24 fakt əsasında isə cinayət işi başlanılıb.


Bir daha bildiririk ki, qanuna əsasən nikah yaşı qadınlar və kişilər üçün 18-dir. Azyaşlı övladlarını erkən nikaha sövq etmək niyyətində olan valideynlər belə qanunsuz əməllərdən çəkinməli, övladlarının təhsilinə, gələcəyinə və sağlam inkişafına məsuliyyətlə yanaşmalıdırlar”.
Nəzrin Mirzəyeva, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://bizim.media
archiveBu xəbər 28 Noyabr 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see170

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see149

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see146

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see144

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see134

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri